Rusiyada məhbuslar tibbi maska tikəcək

Rusiyanın Kursk vilayətindəki həbsxanalarının məhbusları yaxın zamanda öz ehtiyacları üçün 10 mindən çox tibbi maska ​​tikəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətinin Kursk bölgəsi üzrə mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, cəzaçəkmə müəssisələrində istehsal olunacaq maskalar apteklərdəkilərdən heç bir şəkildə fərqlənməyəcək.