Rusiyadakı diasporumuz Azərbaycan dövlətinə dəstəyini ifadə edib
09:10 04.10.2020
Aktual
555
Rusiyada fəaliyyət göstərən Azərbaycan icmaları Konfederasiyası Ermənistanın Azərbaycana qarşı təxribatları və Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sherg.az-a bildirilib ki, Azərbaycan ziyalılarının iştirak etdiyi tədbirdə hərbi əməliyyatlar zamanı həlak olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və xalqımıza başsağlığı verilib.
Çıxış edən Rusiyadakı Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov iştirakçılara Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlar törətməklə bütün cəbhəboyu Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyduğu barədə ətraflı məlumat verib: "Atəşin dayandırılması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. İndiyə qədər Cəbrayıl və Füzuli rayonlarında 7 kənd işğaldan azad edilib, Murovdağ və Talış kəndi ətrafındakı əsas yüksəkliklər nəzarətə götürülüb".
Tədbirdə professor Kamran Rüstəmov, Azərbaycan diasporunun nümayəndəsi, vəkil İlqar Hacıyev, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Əməkdar ixtiraçı, Rusiyanın fəxri neftçisi Əzizağa Şahverdiyev, hüquq müdafiəçisi (Strasburq məhkəməsi I İnsan hüquqları üzrə Beynəlxalq məhkəmə) Nərgiz Abdullayeva, N.K.Baybakov adına Beynəlxalq ictimai fondun idarə heyətinin sədri Aleksandr Romaşin, Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) professoru, Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin sədri Abuzər Bağırov və başqaları çıxış ediblər.
1986-1987-ci illərdə Azərbaycanın Avtomobil Nəqliyyatı naziri vəzifəsində çalışmış Yuri Şedrin deyib ki, həddən artıq çox vaxt keçib və sülh danışıqları hadisələrin gedişinin müsbət dəyişiklərə gətirib çıxarmasına təsir etməyib: "Azərbaycana hücum ediblər və öz ərazisini, dinc əhalisini müdafiə etməkdən başqa yol qalmayıb. Qarabağ Azərbaycandır, ədalət zəfər çalmalıdır!".
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Biz, azərbaycanlılar, həmişə Vətənimiz Azərbaycanın yanındayıq və Sizin həyata keçirdiyiniz siyasətə tam dəstəyimizi ifadə edirik. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan xalqının müqəddəs borcudur. Biz əminik ki, tezliklə həmin zaman gələcək. Sizin adınız qızıl hərflərlə böyük Azərbaycan xalqının tarixinə əbədi yazılacaq! Biz bir qarış torpağımızı da verməyəcəyik!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media