Seçkiyə görə YAP-a köçürülən pullarla bağlı açıqlama verildi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid seçki fondu üzrə maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Oxu.Az-ın xəbərinə görə, seçki fonduna 250 manatdan çox ianə köçürənlərin sayı 200 nəfərdir.

Ümumilikdə, fiziki şəxslərin könüllü ianəsi 453 min 300 manat təşkil edir. 

Qeyd edək ki, Azərbaycanda bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.