Səfir: Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası beynəlxalq hüquqa əməl olunmamasının nəticəsidir
18:06 11.10.2020
Aktual
621
Dağlıq Qarabağ münaqişəsi çərçivəsində mövcud vəziyyətin ciddiliyi, bölgədəki sabitliyə və kollektiv təhlükəsizliyə töhfə verə biləcək münaqişənin hərtərəfli həlli üçün BMT qətnamələrində göstərilən siyasi və hüquqi əsaslara qayıtmağın vacibliyini diktə edir.
Bu barədə Trend-ə Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq deyib.
Diplomat qeyd edib ki, münaqişə çərçivəsində vəziyyətin pisləşməsi beynəlxalq hüquqa əməl olunmamasının nəticəsidir: "Görünən budur ki, beynəlxalq ictimaiyyət BMT-nin hansı şəraitdə və hansı məqsədlə yaradıldığını unudub. Sülh, təhlükəsizlik və inkişaf üçün beynəlxalq hüquq normalarının məcəlləsinin yaradılması üzrə 75 il işə hazırda məhəl qoyulmur. Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələrdə həllinin hüquqi əsası olduğu zaman nə qədər vaxt itirmişik? Təsəvvür edin ki, bu vaxt inkişafa, əməkdaşlığa və həmrəyliyə ayrıla bilərdi! Bölgədəki mövcud vəziyyətin təcililiyi və ciddiliyi, bölgədəki sabitliyə və kollektiv təhlükəsizliyə töhfə verə biləcək hərtərəfli nizamlanma üçün BMT qətnamələrində göstərilən siyasi və hüquqi əsaslara qayıtmağı diktə edir".
Səfir bölgədəki gərginliyin azaldılmasına və beynəlxalq hüquqa uyğun olaraq dialoq və danışıqlara qayıdılmasına ehtiyac olduğunu vurğuladı.
O qeyd edib ki, Əlcəzair hər zaman beynəlxalq hüquqa sadiqdir və müstəqillik qazandıqdan və BMT-yə üzv olduqdan sonra sülhə doğru irəliləməni dəyərlərinin təməlinə qatıb: "Əlcəzair xarici siyasətində beynəlxalq hüquqa sadiqdir və səylərinin böyük hissəsini münaqişələrin sülh yolu ilə həlli vasitəsilə sülhün əldə olunmasına sərf edib".
Səlimə Abdelhaq həmçinin Azərbaycan xalqına və xüsusilə ölənlərin ailələrinə başsağlığı verib və Əlcəzairin sülh çağırışlarını dəstəklədiyini təsdiqləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya