Sensasiya! - “Ermənilərin işğalçı siyasətinə cavab verəcəyik” – Prezidentin sözü ciddi xəbərdarlıqdır!
Yusif Nəzərli
13:26 18.07.2022
Aktual
651
“Hesab edirəm ki, vaxtında verilmiş mesajdır”
“Azərbaycan artıq iki il ərzində faktiki olaraq, azad edilmiş ərazilərdə güclənib”
“Bu baxımdan ermənilərə və onların işğalçı siyasətinə cavab vermək imkanımız var və onu edəcəyik”
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədəki çıxışı zamanı bir sıra məsələlərə toxunub. Prezident Ermənistanın iddialarından danışarkən, qeyd edib ki, status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir:
"Son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusla nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur”.
Qarşı tərəfin statusla bağlı iddiaları haqqında “Sherg.az”a danışan sabiq XİN başçısı, politoloq Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın niyyəti dəyişilməyib:
“Bu münaqişə tarixən 1920-ci illərdən mövcud olsa da, 1988-ci ildə yenidən alovlanıb. Burada Ermənistanın məqsədi hər zaman eyni - Azərbaycan torpaqlarının Ermənistan ərazisinə anneksiya edilməsi olub. Məğlub olan ölkə artıq kapitulyasiya aktına qol çəkib. Cənab Prezident bunu xüsusilə qeyd edib. Lakin onlar 1 il 8 ay sonra yenidən köhnə siyasəti açıq şəkildə bəyan etməyə başlayıblar. “Status” məsələsi və başqa mövzuların yenidən gündəmə gətirilməsi onu göstərir ki, onlar yenə də bu və ya digər şəkildə öz işğallarını, anneksiyaya yönəldilmiş siyasəti davam etdirirlər. Məqsədləri dəyişməyib”.
Politoloq vurğulayıb ki, bu, bizim üçün qəbuledilməzdir:
“Çünki 30 il ərzində Azərbaycanın siyasəti bu həmlələrdən müdafiə olunmaq, ərazi bütövlüyünü və suverenliyini qorumaq olub. İndi isə buna cavab olaraq, ölkəmizə qarşı yönəldilmiş siyasəti özlərinə qarşı istifadə etmək imkanımız var. Yəni, bu çox ciddi xəbərdarlıqdır. Hesab edirəm ki, vaxtında verilmiş mesajdır. Azərbaycan artıq iki il ərzində faktiki olaraq, azad edilmiş ərazilərdə güclənib. Bu baxımdan ermənilərə və onların işğalçı siyasətinə cavab vermək imkanımız var və onu edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə