Sergey Lavrovun açıqlamaları çox zərərlidir
Turan
09:04 09.12.2020
Aktual
893
Üçtərəfli Bəyannamədə keçmiş baza prinsipləri yoxdur
"Moskva humanitar missiyanı icra etməli, bölgədə növbəti münaqişə ocağının yaranmasına yönəlik addımlardan, açıqlamalardan uzaq durmalıdır"
“ATƏT-in Minsk qrupunun həmsədrləri son illər ərzində çox böyük iş görüblər. Ümumilikdə münaqişənin baza prinsiplərini hazırlayıb tərəflərlə razılaşdırıblar”. Bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla danışıqların yekununa dair birgə mətbuat konfransında bildirib. Lavrov iddia edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında da bu baza prinsipləri dayanır:
“Mən Azərbaycana 5, daha sonra 2 rayonun verilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsini, Qarabağla Ermənistan arasında Laçın dəhlizinin yaradılmasını və nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturam. Bütün bunlar üçtərəfli bəyanatda əksini tapıb və maksimal dərəcədə effektli şəkildə həyata keçirilməsinə başlanılıb”. XİN rəhbərinin sözlərinə görə, proses həmsədrlərin münaqişə tərəfləri ilə razılaşdığı qaydada gedir: “İndi üçtərəfli bəyanata hərtərəfli dəstəyi təmin etmək başlıca məsələdir. ATƏT XİN başçıları üçtərəfli bəyanatı alqışladılar. Fikrimcə, bu prosesə beynəlxalq təşkilatların cəlb olunmasında həmsədrlər öz nüfuzlarından istifadə edə bilərlər”. Lavrovun məlum açıqlaması Azərbaycanın siyasi ekspert cameəsi tərəfindən tənqidlə qarşılanıb. Şərhçilər bildiriblər ki, Rusiya XİN rəhbərinin 10 noyabr Bəyanatını əvvəlki nəticəsiz danışıqların köhnə prinsipləri ilə eyniləşdirmək cəhdi yolverilməzdir. Ekspertlərin fikrincə, Lavrovun açıqlamaları “ölmüş” Minsk qrupunu yenidən diriltmək təşəbbüsüdür.
Rusiya baş diplomatının açıqlamalarını “Şərq”ə təhlil edən AMİP sədri, politoloq Arzuxan Əlizadə Lavrovun açıqlamalarını zərərli hesab etdiyini deyib. Partiya rəhbərinin sözlərinə görə, üçtərəfli Bəyannamədə keçmiş baza prinsipləri yoxdur:
“10 noyabr razılaşmasında Dağlıq Qarabağın “status” məsələsi, gələcəkdə həmsədrlərin prosesə yenidən qoşulması ilə bağlı heç bir şərt yoxdur.
Bu məsələlərə yenidən qayıtmaq münaqişəni alovlandırmağa xidmət edir. Azərbaycan müharibəni ona görə dayandırdı ki, Ermənistan Rusiyadan vasitəçi olmağı xahiş edərək təslimçi kapitulyasiyanı imzalamağa məcbur qaldı. Bundan sonra Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasına verilməsi ilə bağlı hansısa məsələ müzakirə mövzusu ola bilməz.
Xankəndi daxil olmaqla bütün ətraf bölgələr Azərbaycan əraziləridir və sərhədlərimiz daxilində qanunvericiliyimiz qeyd-şərtsiz bərpa olunmalıdır. Bəzi rayonlarda azərbaycanlılarla ermənilərin birgə yaşayışının təmin olunması məqsədi ilə bölgəyə yerləşdirilən rus sülhməramlıların səlahiyyəti konkret bəllidir. Moskva humanitar missiyanı icra etməli, bölgədə növbəti münaqişə ocağının yaranmasına yönəlik addımlardan, açıqlamalardan uzaq durmalıdır.
Rəsmi Bakı fərqli istiqamətə çəkilən bu cür bəyanatlara sərt reaksiya verməlidir. Əslində Lavrovun kimliyi və illər ərzində Azərbaycana qarşı sərgilədiyi münasibət bizə bəllidir. Ona görə də XİN rəhbərinin mövqeyi təəccüblü deyil”.
A.Əlizadə bəyan edib ki, ümumiyyətlə, bundan sonrakı proseslərdə ABŞ və Fransa kimi vasitəçilərin müdaxiləsinə imkan verilməməlidir:
“30 ilə yaxındır israrla deyirdik ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etməliyik. Yeni formatın zəruri olduğu gün kimi ortada idi. Məhz üçtərəfli Bəyannamə tamamilə yeni - “2+2” formatının üzə çıxardı və qısa zamana müsbət nəticəsini verdi. Artıq Bəyanatın bir sıra bəndləri reallaşıb.
Bundan sonrakı bütün proseslərin həllində masada Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə olmalıdır. Bu fortmadan kənara çıxılması birdəfəlik həlli yubadacaq və yeni münaqişə ocağı yaradacaq. Buna qətiyyən yol vermək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq