Tatarıstanda helikopter qəzaya uğradı

Tatarıstanın Laişev rayonunda “Bell” markalı şəxsi helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Helikopterin su anbarı yaxınlığında yerə çırpıldığı deyilib.

İlkin məlumata görə, göyərtədə olan 3 nəfərdən 1-i sağdır, digər 2 nəfərin taleyindən xəbər yoxdur. Xilasedicilər hadisə yerinə yollanıblar.