
“Təbrizin sehrli nağılları” kitabı İranın iç üzünü AÇDI:“ O qədər narahatdırlar ki...”
Yusif Nəzərli
12:07 25.07.2022
Aktual
1183
“Bu trend həm də İranın bir müddət öncə başlatdığı “Salam Fərmandeh” kampaniyasına cavab xarakteri daşıyır”
“Nəticə etibarilə, İran özünün qurduğu tələyə özü düşdü”
Müəllifi Cəmilə Həsənzadə olan “Təbrizin sehrli nağılları” kitabı son dönəmlərdə xeyli populyarlaşıb. Əksər insanın aktiv istifadə etdiyi tviter tətbiqində “#tebrizinsehrlinagillari” həştəqi ilə yüzlərlə paylaşım edilib. Sözsüz ki, kitabın bu qədər gündəm olmasında İsrailin ölkəmizdəki səfiri Corc Dikin tvitinin də rolu böyükdür. O, kitabı payalaşaraq, Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrəndiyini vurğulamışdı.
Səfirin tviti kitabı məşhur etməklə yanaşı, İran tərəfinin də aqressiyasını üzə çıxarıb. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin israilli həmkarına cavabında sərt sözlər istifadə etməklə diqqətləri cəlb edib.
“Bu macəraçı oğlanın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!” – deyə qeyd edib.

Sözügedən kitabın məşhurlaşmasından danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a açıqlaması zamanı bildirib ki, İran özünün bölgəyə yönəlik siyasi strategiyasını İsrail amili ilə əlaqələndirməyə başlayıb:
“İsrail səfirinin “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşdığı tviti də əslində İranın iç üzünü ortaya çıxardı. Sadə bir kitab tvitinə qarşı bütün dövlət infrastrukrunun səfərbər olması, sözün əsl mənasında İran dövlətinin həssasiyyətinin ciddi şəkildə problemli olduğunu göstərir. Bu, İranın Zəngəzur dəhlizinin açılmasından narahat olması faktına söykənir. O qədər narahatdırlar ki, Zəngəzur dəhlizinin açılmasını bir növ Ermənistanla əlaqələrinin kəsilməsi kimi dəyərləndirirlər. Həmçinin, bunda özlərinə qarşı çox böyük təhlükə görürlər. Amma belə bir məsələnin olmadığını hər kəs bilir”.
Ekspert qeyd edib ki, bölgədə hər hansı bir strateji nəqliyyat xətti açılacaqsa, bu, İranın da xeyrinədir:
“İran isə bu alternativləri özünün sonu kimi görür. Ona görə də İranın Corc Dikin tvitinə o formada reaksiya verməsi onun bölgədəki niyyətini İsrail adı ilə pərdələmək düşüncəsindən irəli gəlir. Bu səbəbdən həmin kitab da trend kimi genişləndi.
Bu trend həm də İranın bir müddət öncə başlatdığı “Salam Fərmandeh” kampaniyasına cavab xarakteri daşıyır. Nəticə etibarilə, İran özünün qurduğu tələyə özü düşdü”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm