
TƏCİLİ! - Səssiz əməliyyat: Hakim yüksəkliklər nəzarətə götürüldü
Yusif Nəzərli
05:00 29.04.2023
Aktual
440
Məqsəd odur ki, Laçında yaşayacaq insanlarımızın həyatına təhlükə yaranmasın, əhaliyə qarşı erməni təxribatlarının qarşısı alınsın
Azərbaycan Ordusunun Laçın rayonu, Kiçik Qaladərəsi kəndi istiqamətində olduqca əhəmiyyətli 1516 metr və 1686 metr yüksəkliklərini nəzarətə götürməsi barədə məlumatlar yayılıb. Ekspertlərə görə, sözügedən iki yüksəkliyin Ordumuzun nəzarətinə keçməsi Qubadlı-Laçın yolunun təhlükəsizliyinin təmin olunması baxımından önəmlidir. Həmçinin digər mühüm mövqelərə nəzarət imkanının yaranması deməkdir. Məlumat üçün bildirək ki, bir ay öncə Ordumuz Ermənistanla sərhəddə yerləşən Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürmüşdü.
Cağazur və Zabux kəndləri Ermənistanın Gorus bölgəsi ilə Azərbaycanın Laçın şəhərini birləşdirən yolun üzərindən keçir. Həmçinin aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulub. Bu addım Ermənistanın Laçın yolundan qeyri-qanuni istifadə hallarının, Qarabağa silah-sursat və terrorçu daşımasının qarşısının alınması məqsədilə atılıb.

Ehtiyatda olan polkovnik, Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması böyük qələbədir. Polkovnikin sözlərinə görə, Laçın yolunda gediş-gəlişin Azərbaycanın nəzarətinə keçməsi və orada nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması elə-belə başa gəlməyib:
"Azərbaycan Ordusu bu müddət ərzində bölgədə bir neçə mühüm mövqeləri, yüksəklikləri nəzarət altına almışdı, alternativ yolları bağlamışdı. Dövlət sərhədinə gəlib çıxanadək bir çox önəmli mövqelər nəzarətimizə keçmişdi. İndi yeni yüksəkliklərin nəzarətimizə keçməsi yaxın dönəmdə Laçına və onun kəndlərinə köçəcək vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Məqsəd odur ki, Laçında yaşayacaq insanlarımızın həyatına təhlükə yaranmasın, əhaliyə qarşı erməni təxribatlarının qarşısı alınsın. Əfsuslar ki, hələ də ərazilərimizdə separatçılar, muzdlular, ermənilərin qanunsuz silahlı birləşmələri var. Rusiya sülhməramlılarının sayəsində erməni quldurları Qarabağda qalmaqda davam edir. Ona görə də təxribat ehtimalları, risklər nəzərə alınaraq zəruri addımlar atılır. Yəni Laçının kəndlərində yaşayacaq insanlarımız üçün harada təhlükə ehtimalı varsa, həmin bölgədə yüksəkliklər Ordumuzun nəzarətinə götürülür. Bu tədbirlər davamlı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm