TƏHLÜKƏ ! - Qarabağdakı ermənilər sürətlə “ruslaşdırılırlar” – Krım ssenarisi...
Banuçiçək Kalbalıyeva
11:58 16.12.2020
Aktual
926
“Qarabağdakı ermənilərin bəzilərinin rus vətəndaşı olmasından əminəm”
“Xankəndində Rusiyanın 10-a yaxın nazirliyinin şöbələrinin yaradılması belə bir tendensiyanın artıq başlanmasından xəbər verir”
“Dövlətimiz bu istiqamətdə sərt və qəti mövqeyini ortaya qoymalıdır. Biz ikinci Krımın yaradılmasına imkan verə bilmərik!”
Qarabağla bağlı proseslərdə təzə-təzə rahat nəfəs almağa başlamışdıq ki, yeni problemlər meydana çıxdı. Belə ki, müxtəlif sosial şəbəkələrdə Rusiyanın azad olunmuş torpaqlara dair planları müzakirə edilməkdədir. İddialara görə, şimal qonşumuz Qarabağdakı erməni əhalisinə rus pasportları paylayır. Bununla da onların “himayəçisi” kimi çıxış edərək Krım, Dnestr sahili, Abxaziya və Osetiyadakı...ssenarini təkrarlamaq istəyir. Əlbəttə, biz mövcud durumu düzgün təhlil edərək ehtimal edilən təhlükələrin qarşısını almalıyıq. Əks halda, proseslər daha dərgin fazaya keçə bilər.
Siyasi analitik Turab Rzayev iddialar haqqında “Sherg.az”a fikirlərini bildirərkən bunu real hesab etdiyini söyləyib:
“Əslində belə bir təhlükə gözləniləndir. Çünki Kreml nəinki Donbasda, Abxaziya və Osetiyada, Krımda, hətta keçmiş sovet imperiyasına daxil olan digər ölkələrdə-Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistanda da...eyni ssenarini fərqli vaxtlarda təkrarlayıb. Üstəgəl, mən müharibədən əvvəl də Qarabağdakı ermənilərin bəzilərinin rus vətəndaşı olmasından əminəm.
Bu proses indi daha da sürətlənəcək. Xankəndində Rusiyanın 10-a yaxın nazirliyinin şöbələrinin yaradılması belə bir tendensiyanın artıq başlanmasından xəbər verir. Niyə bizim torpaqlarda başqa ölkənin dövlət qurumu olmalıdır?!”.
T.Rzayev, həmçinin bildirib ki, biz bütün imkanlarımızdan istifadə edərək bu prosesin qarşısını almalıyıq:
“Dəqiq mənbə olmasa da, xarici mətbuat hansısa “etibarlı mənbəyə” əsasən yaxın bir neçə həftə ərzində Qarabağda Rusiya pasportlarının paylanılmasından yazır.
Dövlətimiz bu istiqamətdə sərt və qəti mövqeyini ortaya qoymalıdır. Biz ikinci Krımın yaradılmasına imkan verə bilmərik! Əks halda Moldovanın taleyini yaşayacağıq. Bu ölkə rus qoşunlarının Dnestr çayı sahilindən çıxarılmasını tələb edir.
Kreml isə cavab verir ki, orada mənim vətəndaşlarım var. Bilirik ki, sülhməramlıların Qarabağda qalma müddəti beş ildir.
Beş ildən sonra eyni cavabı almamaqdan ötrü indidən diqqətli, prinsipial və qətiyyətli olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya