Təhlükə sovuşur: İşıqforlara piyada seksiyalarının quraşdırılmasına ehtiyac vardı
Məlahət Rzayeva
12:28 19.05.2020
Aktual
915
Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.
Məlumatda o da qeyd olunur ki, artıq 28 May küçəsinin Keykab Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib.
“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında mövcud işıqforlara piyada seksiyalarının əlavə olunmasını alqışladığını dedi:
- Bu, çox vacib məsələ idi, sevindiricidir ki, BNA məsələnin həllinə başladı. Paytaxt avtomobil yollarında piyada seksiyası olan işıqforlar var, amma araşdırsaq, görərik ki, piyada seksiyası olmayan işıqforlar bəlkə daha çoxdur. Bu da əlbəttə ki, piyadalara problem yaradır, həyatları təhlükə altına düşür. Ümumiyyətlə, paytaxt da daxil, ölkənin avtomobil yollarında nəqliyyatın hərəkəti üçün çox yaxşı şərait yaradılıb. Amma piyadalar üçün bunu deyə bilmərik. Bir misal çəkim; paytaxtın Bəşir Səfəroğlu küçəsində səkiyə dibçəklər düzülüb. Özü də elə şəkildə düzülüb ki, səki ilə nəinki uşaq arabası, ya da əlil arabası, adicə piyada üçün sərbəst hərəkət imkanı qalmayıb. Belə küçələr, səkilər çoxdur. Səkilər avtomobillər, ayrı-ayrı şirkətlər, mağazalar, marketlər, iaşə obyektləri və sair tərəfindən zəbt olunub. Piyadaların hərəkəti faktiki qeyri-mümkündür və vətəndaş məcbur olub yolun hərəkət hissəsinə çıxır. Bu da əlbəttə, real təhlükədir. İşıqforlarla bağlı da piyada seksiyalarının quraşdırılmasına ehtiyac vardı, çünki bəzən piyada yolu keçməyə icazə olub-olmamasını ayırd edə bilmirdi. Bu xüsusi seksiyalar isə artıq dəqiq müəyyən edir ki, yol piyadanındır, yoxsa avtomobilin.
E.Muradlı qeyd etdi ki, yol şəbəkəsinin bir mərkəzdən idarə olunması vacibdir:
- Baxırsan ki, ayrı-ayrı qurumlar hərəsi bir ideya ortaya qoyur, nəticədə qarmaqarışıq vəziyyət yaranır. Ona görə də avtomobil yollarında təhlükəsizlik faizi aşağı düşür. Amma yol-nəqliyyat infrastukturu bir mərkəzdən idarə olunsa, belə problem yaranmaz. Həmçinin ictimai nəzarət də mütləqdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm