Tehrandakı səfirliyimizə qarşı terraktda rejimin “əli”... – Sübutlar var!
Yusif Nəzərli
15:25 08.02.2023
Aktual
523
"Tehrandakı səfirliyimizə qarşı təşkil olunan terraktı ailə-məişət zəminində baş verib, deyərək yumuşaltmaq cəhdi İranın Azərbaycana qarşı qərəzli münasibətini göstərən bir nümunədir".
Bunu "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov İrandakı Azərbaycan səfirliyinə olunan terror hücumundan danışarkən deyib.
O bildirib ki, tarix boyu Azərbaycan İranla münasibətlərə zərər vuracaq faktorlardan uzaq durmağa çalışaraq, neytral siyasət sərgiləyib:
"Amma Cənub qonşumuz bunun qarşılığında heç nə etməyib. Terrorçunun ailə-məişət probleminin qurbanı kimi qələmə verilməsi, həmin şəxsdən terraktdan sonra intervü alınması və bunun dünyaya yayımlanması İranın terror aktında “əli” olduğunu bir daha sübut edir. Dünyanın bütün ölkələrində başqa dövlətin vətəndaşına və sivil insanlara qarşı hansısa cinayətin törədilməsinin cəzası var. Amma biz rəsmi Tehranın terrorçunun psixoloji problemləri var deyərək dünyaya nağıllar danışdığını görürük. Bu isə bizim üçün cənub qonşumuzun idarə olunduğu rejimin Azərbaycana qarşı çıxdığını anlamaq üçün siqnaldır".
Analitikin sözlərinə görə bundan sonra bölgənin digər ölkələri ilə münasibətdə İranın bizə düşmən mövqeyi sərgilədiyini nəzərə almalıyıq:
"Həyata keçirilən son terrakt bunu bir daha sübut etdi. Digər tərəfdən yaralıların ziyarətinə və şəhidimizin dəfninə dövlətimizin nazirlərinin gəlməsi Azərbaycanın İranın qurbanlarına necə dəyər verdiyini göstərdi. Ancaq cənub qonşumuzun hansısa terrorçuya sahib çıxması onun iç üzünü göstərdi. Yəni İran Azərbaycan zabitini qətlə yetirmiş bir terrorçunu qoruyur təsuratı yaratdı. Bu ASALA terror təşkilatının nümayəndələrinin Fransadan həbsdən çıxarılaraq Ermənistanda milli qəhrəman kimi qarşılanmasından fərqli bir hadisə deyil. Ümumiyyətlə, son hadisə bizə ciddi bir dərs olmalıdır və sonrakı siyasətimizdə bunları nəzərə almalıyıq".
Qeyd edək ki, yanvarın 27 də“Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib. iki nəfər isə yaralanıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Hücumdan sonra tələm-tələsik açıqlama verən Tehranın polis rəisi Hüseyn Rəhimi hadisənin motivini təhrif etməyə cəhd göstərib. Yalandan bildirib ki, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm