“"Tərtər işi"ni yeni Azərbaycana daşıya bilmərik”
Yusif Nəzərli
15:56 15.07.2022
Aktual
707
“Azərbaycan xalqı gözünü onun işinə dikib"
“Ədalətsizliyə yol vermiş hər kəs, xüsusilə yüksək vəzifədə çalışan səlahiyyətli adamlar cəzalanmalıdır”
Tərtərdə hərbi hissədə baş vermiş hadisələrə görə 2017-ci ilin may ayında başladılan cinayət işi hələ də davam edir. Baş vermiş hadisənin bütün detalları ən incə xırdalıqlarına qədər araşdırılır. Hüquq müdafiəçiləri bildirir ki, 100-dən artıq hərbi qulluqçu (əsgər, çavuş, gizir və zabit heyəti) işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli azadlıqdan məhrum etmə cəzası verilib və 13 nəfər işgəncə nəticəsində vəfat edib.
Qeyd edək ki, "Tərtər işi" ilə bağlı "Tərtərdə Hüquqi Özbaşınalıq Qurbanlarının Hüquqlarını Müdafiə Komitəsi" yaradılıb. İşgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq "Tərtər işi" deyilir.
Ehtiyatda olan polkovnik, hərbi ekspert İbrahim Rüstəmli "Sherg.az"a açıqlamasında "Tərtər işi"nin Azərbaycanın yaralı yeri olduğunu bildirib:
"Çox ciddi qanunsuzluğa yol verilib. Tutalım, biri digərini bıçaqlayır. Əlində bıçaq olan adam etiraf edir ki, onu vurmuşam. Ancaq hökm verilənə qədər həmin şəxs şübhəli kimi təqdim olunur. Qatil deyilmir.
Tərtər hadisələri özbaşınalıq, insafsızlıq əməlləridir. Qara yaranın sağalmasından ötrü dövlət başçısı "Tərtər işi" ilə bağlı komissiya yaratdı. Deməli, "Tərtər işi"nin Prezidentin nəzarətindədir. Prezidentin komissiya yaratması məsələyə aydınlıq gətirmək istəyiylə əlaqəlidir.
Günahsız insanları döyə-döyə öldürüblər. Aidiyyatı qurumlara, önəmli dövlət adamlarına yalan informasiyalar ötürülüb. Prezidentin sərəncamı ilə yaradılan müvafiq komissiyaya böyük ümid bəsləyirik. Azərbaycan xalqı gözünü onun işinə dikib".
Hərbi ekspertin qənaətincə, ədalətsizliyə yol vermiş hər kəs, xüsusilə yüksək vəzifədə çalışan səlahiyyətli adamlar cəzalanmalıdır:
"Söhbət qanunsuz cəzalandırılmış, öldürülmüş insanların və onların ailələrinin haqqından gedir. Ekskvatorla qazıb, vətən xaini adlandırıb, torpağa basdırmaq, üstündən traktorla keçmək... Öldürülən bir qisim insanlara bəraət verilib. Problemin şəffaf şəkildə həllini tapması Azərbaycanın günü-gündən qalxan nüfuzunda çox böyük rol oynayacaq. Ölkəmiz dünyada sayılıb seçilir. İqtisadi, siyasi, hərbi, mədəni və digər cəhətdən Azərbaycan yenidən qurulur. Yeni Azərbaycan yaradırıq. "Tərtər işi" məsələsini yeni Azərbaycana daşıya bilmərik. Məsələnin obyektiv araşdırılmasına ehtiyac duyulur.
Komandir müavininə, müavin müavininə, o da öz tabeleyindəkilərə tapşırıq verir.
Zəncirvari şəkildə cinayət reallaşıb. Ədalətsiz qərar verən şəxslər cəzalanmalıdır. Vətən xainidirsə, niyə döyürsən, işgəncə verirsən, öldürürsən? Elədirsə, gətir, ondan bütün informasiyaları al. Güman edirəm ki, yaradılan komissiya bizi narahat edən detallara aydınlıq gətirəcək. "Tərtər işi"ndə hamı günahsız deyil, doğrudan da vətən xainləri var idi. Amma onların sırasına başqalarını qatıb haqsız, qanunsuz istintaq əməlləri törətməyi sözlə ifadə etmək olmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region