Tovuz döyüşləri maraqlı qüvvələrə bir dərs oldu
Yusif Nəzərli
09:17 15.07.2022
Aktual
473
Azərbaycanda əsgərlərdən öndə vuruşan, onları qorumaq üçün öz canlarından keçən yeni zabit nəsli yetişib
“Tovuz döyüşləri regionda yeni geosiyasi konfiqurasiyanın formalaşmasının, Qərbdəki bəzi çevrələrin, ilk növbədə də Böyük Britaniyanın buradakı reallığı daha dəqiq dəyərləndirməsinin başlanığıcı oldu”. Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, 2016-cı ilin aprel döyüşlərində o zaman polkovnik rütbəsi daşıyan Mayis Bərxudarov, şəhid polkovnik-leytenantlar Murad Mirzəyev, Raquf Orucov, mayor Samid İmanov və digərləri öz hərəkətləri, qəhrəmanlıqları ilə göstərdilər ki, Azərbaycanda əsgərlərdən öndə vuruşan, onları qorumaq üçün öz canlarından keçən yeni zabit nəsli yetişib: “Sovet ordusundan qalma ənənəyə, atmosferə tam son qoymaq yolundayıq.
Həmin zabitlərin arasında o zaman polkovnik rütbəsində olan Polad Həşimov və polkovnik-leytenant Həmid Şükürov (İkinci Qarabağ savaşı şəhidi) kimi qəhrəmanlar da vardı. Elə məhz Tovuz döyüşləri zamanı Polad Həşimov örnəyi ordudakı başqa bir reallığı da üzə çıxardı.
Gördük ki, Azərbaycanda yeni komandirlər nəslinin yaranmasıyla yanaşı, zabit şərəfini, öz dövlətinin maraqlarını hər şeydən üstün tutan, savadlı, savadlı olduğu qədər də ləyaqətli hərbi elita da formalaşmaq üzrədir. Orası da bəlli oldu ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev orduda kimin nə ilə nəfəs aldığını dəqiq bilir. Əks halda 2013-cü ildə rəhbərlik etdiyi hərbi hissədəki ölüm hadisəsinə görə rütbəsi polkovnik-leytenantdan mayora endirilən Polad Həşimova cəmisi bir il sonra “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden verilməzdi. Aprel döyüşlərində mühüm rol oynamış birinci korpusun qərargah rəisi təyin olunmaz, general rütbəsi almazdı”.
Parlament üzvü vurğulayıb ki, bir sözlə, Tovuz döyüşləri 2016-cı ildə start verilən prosesin qarşısını almağın mümkünsüzlüyünün təsdiqi idi:
“Haylara neft və qaz kəmərlərimizin cəmi bir neçə kilometrliyində təxribat törətməyi məsləhət görənlər, ehtimal ki, bununla Azərbaycanı öz torpaqlarını geri qaytarmaq niyyətindən çəkindirməyə çalışırdılar. Ancaq alınmadı, çünki cənab İlham Əliyev kimi düşmənlə ona havadarlıq edənlərin bütün addımlarını dəqiqliklə oxuyub qarşısını almağı bacaran liderimiz və burada adlarını böyük ehtiramla çəkdiyim zabitlərimiz vardı. Şəhid olanların ruhları qarşısında baş əyir, xidmətdə olanlara uğurlar arzulayıram!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət