"Türk Oçağı TV"də Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından danışılıb 

Türkiyədə internet üzərindən yayımlanan "Türk Oçağı TV"-də Türkiyə "Türk Oçağı" başqanı professor Mehmet Öz , millət vəkili Qənirə Paşayeva, tarixci professor Mehmet Şahingöz Azərbayan  Ordusunun  ermənilərin işğal etdikləri Qarabağda başlatdığı əks - hücüm əməliyyatları haqqında fikirlərini  bölüşüblər.



Sherg.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları barəsində  məlumat verib, xalqın haqlı savaşına dəstək verənlərə, xüsusilə Türkiyə dövlətinə , xalqına təşəkkür edib. Yarım saat davam edən proqramda Türkiyə "Türk Oçağı" başqanı  professor Mehmet Öz , tarixçi alim , professor Mehmet Şahingöz son hadisələrə münasibətlərini bildirib, Cənubi Qafqazda erməni məsələsi və Qarabağda erməni terroru barədə fikir mübadiləsi aparıblar.