Türkiyədə mərkəzi Kahramanmaraş olan zəlzələlərdən zərər çəkən 10 şəhərdə çox sayda Qeyri-Hökumət Təşkilatları yardım işləri aparır.
"Sherg.az" xəbər verir ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkən şəhərlərdə başda bir çox vəqf və dərnək olmaqla, türk QHT-ləri təbii fəlakət qurbanlarına dəstək olmaq üçün çalışır.
Zəlzələdən zərər çəkən Kahramanmaraş, Hatay, Adıyaman, Osmaniye, Adana, Qaziantep, Diyarbəkir, Malatya, Şanlıurfa və Kilisə bir çox QHT yardım çatdırıb.
Yardım təşkilatları 10 şəhərdə dağıntılarda axtarış və xilasetmə işlərinə dəstək verməklə yanaşı, müxtəlif nöqtələrdə qurulan yemək paylama məntəqələri, səyyar mətbəx və səyyar sobalarla zəlzələ qurbanlarına xidmət göstərir.
Bu QHT-lərdən Türk Qızılayı, İnsan Hüquqları və Azadlıqları Fondu (İHH), Türkiyə Gənclik Fondu (TÜGVA), Türkiyə Gənclik və Təhsil Xidmətləri Fondu (TÜRGEV), Ensar Fondu, Beşir Dərnəyi, Anadolu Federasiyası, AHBAP Dərnəyi, Qadın və Demokratiya Vəqfi (KADEM), Türkiyə Texnologiya Komandası (T3) Vəqfi, LÖSEV, AKUT Axtarış-Xilasetmə Dərnəyi, Türkiyə Fırıncəlar Federasiyası, Anadolu Gənclik Dərnəyi, Cansuyu Yardımlaşma və Həmrəylik Dərnəyi, İnsan Vəqfi, Elm Yayma Dərnəyi, Dəniz Fənəri Dərnəyi, Yerüzü Həkimləri Dərnəyi və s. nümunə göstərilə bilər.
[15:30, 2023-2-18] Turkiye Sefir: İHH Humanitar Yardım Fondu 5 min 852 nəfərlik heyəti ilə zəlzələ bölgəsində
Türkiyə QHT-lərinin zəlzələ bölgəsində yardım səfərbərliyi davam edir.
Bu çərçivədə İHH Humanitar Yardım Fondu zəlzələ bölgələrində 5 min 852 axtarış-xilasetmə işçisi və yardım könüllüləri ilə fəaliyyətlər həyata keçirir.
Zəlzələnin ilk saatlarından axtarış-xilasetmə və humanitar yardım işlərində iştirak edən İHH-nin axtarış-xilasetmə qrupları bu günə qədər ölən və yaralanan 2 min 934 nəfəri dağıntılar altından çıxarıb, yardım könüllüləri isə yüz minlərlə insana yardım çatdırıb.
Fond zəlzələ bölgəsində 1 milyon 284 min 976 nəfərə isti yemək paylayıb.
Bundan əlavə, zəlzələdən zərər çəkən bölgələrə ərzaq, çəkmə, palto, uşaq bezi, un və su kimi məhsulların olduğu 750 yük maşını göndərilib.
İHH zəlzələ qurbanlarına 143 min 317 ədəd adyal və 226 min 596 dəst paltar paylayıb.
Bundan başqa İHH 5 milyon 304 min 721 ədəd çörək, 1 milyon 348 min 249 ədəd su, 57 min 873 qutu gigiyena məhsulları, 12 min 612 ədəd uşaq qidası, 65 min 949 ədəd uşaq bezi və 322 min 624 ədəd ərzaq qutusu paylayıb.
Zəlzələdə evi dağılan ailələri Hataydakı Reyhanlı Təhsil Kampusuna yerləşdirən İHH eyni zamanda zəlzələdən zərər çəkmiş uşaqlar üçün psixososial dəstək işləri də görür.
İHH psixoloqu Şevket Kalkan zəlzələnin uşaqlar üzərində yaratdığı travmanın izlərini silmək üçün bu sahədə mütəxəssis olan psixoloqlar tərəfindən aktif fəaliyyət göstərildiyini qeyd edib.
QADIN VƏ DEMOKRATİYA FONDU (KADEM) BÜTÜN TÜRKİYƏYƏ ZƏLZƏLƏ QURBANLARI ÜÇÜN “YARALARI BİRLİKDƏ SAĞALDAQ” ÇAĞIRIŞI EDİB
Türkiyənin qeyri-hökumət təşkilatlarından biri olan Qadın və Demokratiya Fondu (KADEM) bütün Türkiyəyə zəlzələ qurbanlari üçün “Yaraları Birlikdə Sağaldaq” çağırışı edib.
KADEM mərkəzi Kahramanmaraş olan 7,7 və 7,4 bal gücündə zəlzələlərdən sonra ilk andan etibarən hərəkətə keçərək başda Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adana olmaqla, Suriya və ətraf bölgələrdə çətinliklərin aradan qaldırılması və zəlzələ qurbanlarının təcili ehtiyaclarının qarşılanması üçün səfərbərliyə başlayıb.
KADEM zəlzələdən zərər çəkənlər üçün başlatdığı yardım kampaniyasında bütün Türkiyəni təcili ehtiyaclarla bağlı köməyə çağırıb. Kampaniya çərçivəsində bölgəyə termal geyim, adyal, paltar, şərf, papaq, corab, uşaq qidası və uşaq bezi, gigiyenik məhsullar, vitaminlər, fərdi qulluq məhsulları və zəruri ehtiyacları çatdıran fond həmçinin nağd pul yardımı toplayıb.
Fondun hesabına edilən 11 milyon 220 min TL-lik nağd ianə ilə birlikdə ümumilikdə 4 TIR ərzaq, 2 TIR su, 3 tanker yanacaq, 1 TIR uşaq bezi, uşaq qidası və nəm salfet, 3500 adyal, 8000 şarf, papaq və əlcək, 25000 gigiyenik məhsul, 5000 yağmurluq, 65 min nəfərlik qadın, kişi və uşaq alt paltarları, 22 minlik qadın, kişi və uşaq termal geyimləri, 1000 powerbank, 2000 şal, 250 piknik qaz balonu, 30000 dəst corab, 110 çadır və 110 soba zəlzələ bölgəsinə çatdırılıb.