Türkan qəsəbəsinin sakinləri: “Yolları keçmək üçün iki ayaqqabı dəyişirik”
11:16 07.02.2020
Aktual
686
Xəzər rayonu Türkan qəsəbəsində yollar bərbad vəziyyətdədir. Oxu.Az xəbər verir ki, bununla bağlı qəsəbə sakinləri sosial şəbəkədə video paylaşıblar.
Video Xəzər rayonu Türkan qəsəbəsinin Üzümçülük Sovxozu adlanan ərazisində lentə alınıb. Ərazidə yaşayan sakinlər Xəzər rayon İcra Hakimiyyətindən yolların abadlaşdırılması məsələsində müraciətlərinə baxılmasını xahiş edirlər:
“Yollar çox bərbad vəziyyətdədir. Yağış yağanda yollarda iri gölməçələr əmələ gəlir. İnsanlar bu yollardan istifadə edə bilmir. Sakinlər hətta bəzən evdən çıxanda iki cüt ayaqqabı götürürlər. Palçıqlı yolları keçib asfalt yola çıxanda ayaqqabılarını dəyişirlər. Ərazidə kifayət qədər əhali yaşayır. Qəsəbənin bir hissəsində asfalt örtüyünün salınması işlərinə artıq başlanılıb. Xahiş edirik ki, bizim yollara da asfalt örtüyü çəkilsin”.
Xatırladaq ki, Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin icrasına başlanılıb.
Vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən Türkan qəsəbəsinin Üzümçülük Sovxozu ərazisində yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu 2200 metr olan yolun, 450 metr hissəsinə asfalt örtüyü salınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat