Türkiyə sərhədlərini açmağa hazırdır
Turan
08:43 18.12.2020
Aktual
712
Ancaq ilk növbədə İrəvan hökuməti bütün ərazi iddialarından əl çəkməlidir
"Ermənistanda müharibə partiyası siyasi idarəetmədən tamamilə uzaqlaşdırılmalıdır"
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla sərhədlərin açılması ilə bağlı ölkəsinin şərtini açıqlayıb. XİN başçısı bildirib ki, bu qərarın verilməsi Dağlıq Qarabağda prosesin düzgün və effektiv işləməsindən asılı olacaq. Türkiyə ilə sərhədlərin açılması və ticari əlaqələrin bərpasının daha çox erməni xalqı üçün faydalı olacağını vurğulayan Çavuşoğlu qeyd edib ki, Ermənistan illərdir özü-özünü təcrid edib, qonşularla əlaqələri korlayıb: “Ermənistanın İranla çox problemi olmayıb, Gürcüstanla əlaqələrinin nə qədər sağlam olub-olmadığı ilə bağlı isə şərh vermək istəmirəm. Fəqət Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması Ermənistan iqtisadiyyatına böyük zərər vurmaqdadır”. Nazir vurğulayıb ki, Ermənistan başqa ölkənin torpaqlarını işğal etməklə iqtisadiyyatını tənəzzülə uğradıb.
Çavuşoğlunun açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov deyib ki, qonşu dövlətlərlə, ələlxüsus Türkiyə ilə münasibətləri normallaşdırmaq Ermənistan hökumətinin mövqeyindən və atacağı addımlardan asılıdır.
Ekspertin sözlərinə görə, sərhədlərin açılması, gediş-gəlişin və ticari əlaqələrin bərpası üçün Yerevan hökuməti bütün ərazi iddialarından birdəfəlik vaz keçməlidir:
“Müharibələr hər zaman müvəqqəti xarakter daşıyır. Müəyyən müddət sonra tərəflər istər-istəməz razılığa gəlməyə, əməkdaşlıq və münasibətlər formatına can atırlar. Burada əsas problemli tərəf Ermənistandır. İndiyədək Ermənistana rəhbərlik etmiş şəxslər qonşularla normal münasibət qurmaq niyyətində olmayıb. Öz işğalçılıq siyasətlərini davam etdirməklə yanaşı, həm də yeni ərazi iddiaları irəli sürüblər. Düşmən ölkəyə rəhbərlik etmiş radikal qruplar insanların normal yaşayışını və əmin-amanlığı təmin etmək əvəzinə Azərbaycan və Türkiyəyə düşmənçilik, nifrət siyasətini davam etdiriblər. 44 günlük müharibə Ermənistanı təslimçi sülhə məcbur etdi. Ermənilərin çıxış yolu qarşıdurma siyasətindən birdəfəlik əl çəkmək, sağlam düşüncə ilə qonşularla davranmaqdır. Anlamalıdır ki, Azərbaycan və Türkiyə ilə yaxın əməkdaşlıq Ermənistana ancaq fayda verər. Ermənistan hökuməti mövcud reallıqları düzgün analiz etməyi bacarmalıdır”.
T.Abbasov vurğulayıb ki, ermənilər indiyə kimi normal həyat yaşamayıblar, qonşu dövlətləri, xalqları da daim narahat ediblər:
“Ermənistan təhlükəli cərəyanın sonunu əyani şəkildə gördü. Belə gedişin sonu fəlakətdir. Halbuki, Ermənistan daşı ətəyindən tökərsə, Gürcüstan kimi həm Türkiyə, həm də Azərbaycanla yaxın siyasi-iqtisadi əlaqələr qura bilər.
Öz imicini düzəldər, erməni xalqı da firavan həyat sürər. Ermənistanda müharibə partiyası siyasi idarəetmədən tamamilə uzaqlaşdırılmalıdır.
Xalq yalnız sülhü və sabitliyi vəd edən siyasi qruplaşmaları hakimiyyətə daşımalı, onlara səs verməlidir. O zaman digər radikal qruplar da tədricən öz yanaşmalarını dəyişdirmək məcburiyyətində qalacaqlar. Əgər Ermənistan şərtləri qəbul edərsə, Türkiyə öz sərhədlərini açmağa hazırdır.
İndiki məqamda gücdən düşmüş kasıb Ermənistana ən yüksək səviyyədə yardım göstərməyə qadir ölkə Türkiyədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya