Türkiyəli ekspert: “Azərbaycanla Naxçıvanın birləşməsi...”
Banuçiçək Kalbalıyeva
12:11 11.11.2020
Aktual
933
“...Qardaş ölkələrin torpaq bütövlüyünə qovuşması baxımından əhəmiyyətlidir”
Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Azərbaycanın yalnız şərtlə barışığa gedə biləcəyini deyib. Cebhe.info xəbər verir ki, Baxçalı bunun üçün Ermənistanın Azərbaycana təzminat ödəməsinin vacib olduğunu bildirib:
“Azərbaycan barışa tək şərtlə gedə bilər. 30 ildir rayonlara dəymiş zərəri Ermənistan təzminat olaraq Azərbaycana ödəməlidir. Təzminat ödəyəcək imkanı yoxdursa, hüquqa uyğun olaraq torpaq verilməlidir.
O da Zəngəzur olmalıdır ki, Naxçıvan Azərbaycana birləşsin”.
Təki olsun!Xüsusilə diqqətçəkən məqam qardaş ölkədə siyasi mövqeyindən asılı olmayaraq, bütün liderlərin Azərbaycanın haqq səsini eşitməsi və bunu təsdiqləyən bəyanatlar səsləndirməsidir. Yaşa, Türkiyəm!
Türkiyənin İstanbul universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Yaşar Onay partiya sədrinin bu təklifini “Sherg.az”a şərh edib:
“Dövlət bəyin təzminat tələbi haqlı və yerindədir. Ermənistan xüsusilə mülki şəxslərə hücumlarına görə günahkardır. Bu səbəbdən sadəcə təzminat kifayət deyil. Konkret hücumlar barədə əmr verən şəxslər də beynəlxalq ədalət divanında cavab verməlidirlər.
Şübhəsiz ki, Azərbaycanla Naxçıvanın birləşməsi qardaş ölkələrin torpaq bütövlüyünə qovuşması baxımından əhəmiyyətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə