Türkiyəli professor: Prezident İlham Əliyevin bu qətiyyətli qərarı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq
20:12 02.10.2020
Aktual
705
Ermənistan artıq 30 ilə yaxındır ki, Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayır. Qarabağda yaşayan azərbaycanlılar insanlığa sığmayan işgəncələrə məruz qalıb, bir milyondan çox soydaşımız yurd-yuvasından didərgin salınıb. Erməni vəhşiliklərinin ən açıq və ağrılı nümunələrindən biri Xocalı soyqırımıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 2020-ci ildə “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilən, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdullah Avey bildirib.
Azərbaycanın öz tarixi torpağı olan Dağlıq Qarabağın və onun ətraf bölgələrinin itkisi ilə heç vaxt barışmadığını və barışmayacağını vurğulayan professor deyib: “Azərbaycan tərəfi artıq 27 ildir səbir göstərərək bu məsələnin sülh yolu ilə həlli istiqamətində əlindən gələni edib. Lakin işğalın dərhal dayandırılması və Azərbaycan ərazilərindən geri çəkilməsinə dair Birləşmiş Millətlər Təşkilatının bütün qərarlarını, eləcə də beynəlxalq hüquq və normaları tapdalayan Ermənistan hakimiyyəti işğalçı siyasətini davam etdirir. Yaranmış vəziyyətin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun işğala son qoyulması üçün heç bir addım atmadıqları da açıq-aşkar ortadadır”.
Uzun illər davam edən bu vəziyyətin işğalçı Ermənistana yeni təxribatlar və hücumlar etmək üçün cəsarət verdiyini, imkan yaratdığını bildirən A.Avey deyib: “Ermənistanın törətdiyi cinayətlərin sübutları ortadadır. Lakin, buna baxmayaraq, Türkiyə və bir neçə dövlətdən başqa bütün dünya buna səssiz qalıb. Bu işğalın sülh yolu ilə həllinin mümkün olmadığını görən Azərbaycan Prezidenti İlham Əliyev cəsarətli addım ataraq Ermənistanla onun başa düşəcəyi dildə danışacağını dünyaya çatdırdı. Prezident İlham Əliyevin bu qətiyyətli qərarı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Müasir texnika ilə silahlanmış qüdrətli Azərbaycan Ordusu düşmən ordusundan üstün olduğunu göstərdi və işğal altındakı torpaqların bir hissəsini işğalçılardan təmizlədi. İnşallah, qüdrətli Azərbaycan Ordusu işğal altındakı bütün torpaqları ən qısa zamanda azad edəcək. İşğalçı Ermənistan bunu vaxtında anlasa, daha az itki verər. Bu haqlı mübarizəsində böyük türk xalqı və qardaş Türkiyə Respublikası daim Azərbaycanın yanındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq