Ukrayna müşahidə missiyası: “Seçki prosesində ciddi pozuntular müşahidə etməmişik”
12:11 10.02.2020
Aktual
491
“Biz seçki prosesində ciddi qayda pozuntuları müşahidə etməmişik”. Oxu.Az xəbər verir ki, bunu Ukrayna Parlamentinin müşahidə missiyasının üzvləri Azərbaycanda keçirilən parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayarkən bildiriblər.
Ukraynalı müşahidəçilər seçki prosesini qənaətbəxş hesab etdiklərini deyiblər.
Missiya nümayəndəsi Valeriy Kolyux bildirib ki, seçkilər çox yüksək səviyyədə təşkil olunub:
“Seçkilərdə müxtəlif siyasi qüvvələrin və partiyaların namizədləri mübarizə aparıb. Dəyişkən hava şəraiti seçicilərin seçkilərdə iştirakına ciddi maneə yaratmayıb. Seçki Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib. Parlament seçkilərini Ukraynada keçirilən seçkilərlə müqayisə etsək görərik ki, proseslər çox oxşardır”.
Ukrayna Parlamentinin nümayəndəsi Vladimir Kreydenko isə yerli müşahidəçilərin aktivliyindən razı qaldığını deyib:
“Seçki siyahılarında seçicilərin adlarının dəqiq yoxlanılması və qeydiyyata alınması çox ciddi nizam-intizamla aparılıb. Təəssüf ki, müşahidəçi kimi iştirak etdiyimiz bəzi məntəqələrdə seçici fəallığı digərlərinə nisbətən daha zəif idi. Bunu hava şəraiti ilə əlaqələndirirəm. Lakin yenə də seçkilərin nəticələri ilə bağlı göstəricilər qənaətbəxş hesab edilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual