Urmiya gölü quruyur! – “Bu fəlakəti İran hökuməti və onu yönləndirən molla rejimi...”
Yusif Nəzərli
12:24 18.07.2022
Aktual
1778
“Bu gölün quruması torpaqların suvarılmamasına və şoranlaşmasına gətirib çıxarır”
“Bununla da yerli əhali köç etməyə məcbur qalacaq”
Qərbi Azərbaycan vilayətinin paytaxtı olan Urmiya şəhərinin yaxınlığında yerləşən Urmiya gölü son 30 il ərzində su ehtiyatının 95 fazini itirib. Bildirilir ki, İran parlamenti 9 il əvvəl gölün dirçəldilməsi üçün yaradılan kömitənin araşdırılmasına səs verib. Xatırladaq ki, göl və onun sahil ətrafı milli park sayılır və UNESCO tərəfindən biosfer qoruğu kimi tanınıb. Hadisə ilə bağlı İranda Cənubi Azərbaycanlı soydaşlarımız aksiya keçiriblər. Onlar iddia edirlər ki, gölün suyunun qurudulması İran hökuməti tərəfindən qərəzli şəkildə aparılır. Mitinqlər nəticəsində bir neçə soydaşımız həbs edilib.
Gölün suyunun qurumasının humanitar faciə olduğunu deyən politoluq Natiq Miri "Sherg.az"a bildirib ki, bu fəlakətin səbəbi İran hökuməti və onu yönləndirən molla rejimidir:
"Urmiya gölünün qurudulması İran hökümətinin xeyrinə olduğu üçün qəsdən gözardı edilib. Ona görə ki, bu gölün quruması torpaqların suvarılmamasına və şoranlaşmasına gətirib çıxarır. Bununla da yerli əhali köç etməyə məcbur qalacaq. Nəzərə alsaq ki,bu ərazidə yaşayan əsas dominant xalq Azərbaycan türkləridir. Bu cəhətdən düşünürəm ki, gölün quruması dövlət tərəfindən aparılan siyasətdir və eyni zamanda İran hakimiyyətinin ölkədə olan məsələlərə yetərsiz olduğu gerçəyini ortaya qoyur. Urmiya gölünün qurudulması xalq şovinizminə xidmət etsə də, təbiətə yönəlmiş hadisədir. Buradan yaranan fəsadlardan təkcə Azərbaycan türkləri deyil, eyni zamanda İranda yaşayan bütün xalqlar zərər görəcək. İranda baş verən bu hadisələr faciəvi hal alıb. Urmiya gölünün quruması burada yaşayan soydaşlarımızın İrandan miqrasiya etməsinə gətirib çıxara bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə