Yanğın, yoxsa planlı sabotaj? –“ Türkiyə iqtisadiyyatına zərbə...”
Banuçiçək Kalbalıyeva
12:20 30.07.2021
Aktual
775
“Turistlərin maraqlandığı şəhərlərdə yanğınların olması məhz buna hesablanıb”
“Və Qərb mediasının insanların qaçdığı videoları yayması da məqsədlidir: əcnəbiləri səfərlərdən çəkindirmək”
“PKK sadəcə alətdir. Prosesin arxasında xarici kəşfiyyat, xüsusilə ABŞ-la Yunanıstan dayanır”
Türkiyədə yanğınlar davam etməkdədir. Qardaş ölkə sözün əsl mənasında od-alov içindədir. İtkilər isə təəssüf ki, az deyil. Belə çətin bir vaxtda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir. Qüvvələr ən qısa zamanda Türkiyəyə yola düşəcək.
Müxtəlif iddialara görə baş verənlər məqsədlidir və arxasında ciddi hədəflər var.
Bu barədə “Sherg.az”a danışan “Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli də belə düşünür. Onun fikrincə, iddialara ciddi əsas var:
“Eyni vaxtda əsas turizm bölgələrində, 57 yerdə yanğının baş verməsi, şübhəsiz ki, təsadüfi deyil. Görünür, son on ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin bütün türk dünyası üçün strateji xətt yeritməsi narahatlığa səbəb olub. Məsələ ondan ibarətdir ki, Türkiyə Liviya, Suriya, İraq və Şərqi Aralıq dənizində mənafelərini qoruyur. Odur ki, bu, planlaşdırılmış sabotajdır. Qardaş ölkə hökuməti üçün adətən iqtisadi və təhlükəsizlik məsələləri daha vacibdir. Sözügedən yanğınlarla Türkiyənin iqtisadiyyatına ciddi zərbə dəydi. Turistlərin maraqlandığı şəhərlərdə yanğınların olması məhz buna hesablanıb. Və Qərb mediasının insanların qaçdığı videoları yayması da məqsədlidir: əcnəbiləri səfərlərdən çəkindirmək”.
R.Bəşirli konkret hədəf göstərdi:
“İşin arxasında PKK və onun havadarları dayanır. Ümumiyyətlə, sözügedən terror təşkilatı bu işdə təcrübəlidir. Əvvəllər də dəfələrlə analoji aktlara əl atılıb. Məlum olduğu kimi, Türkiyə PKK-ya qarşı uğurlu mübarizə aparır. Ölkənin cənub-şərq hissəsindəki PKK dəstələri, demək olar, məhv edilib.
Onu da nəzərə almaq lazımdır ki, ABŞ prezidenti Co Bayden namizədlik dövründə Ərdoğanı devirəcəyini demişdi. Çünki Bayden Suriyada PKK üçün bufer dövlətin yaradılmasının əsas ideoloqlarındandır. Və ona mane olan yeganə siyasətçi Ərdoğandır. Bu mənada Türkiyəni “dalana dirəmək” istəyirlər. Təzyiqlər aydın sezilir.
Əlbəttə, PKK sadəcə alətdir. Prosesin arxasında xarici kəşfiyyat, xüsusilə ABŞ-la Yunanıstan dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq