Yeddi kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb - FOTO
16:34 04.02.2020
Aktual
538
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçiriblər.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, ki, Baş İdarəyə paytaxtın Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin şəxs - Bakı şəhər sakini Daşqın Axundzadə tutulub. Onun üzərində axtarış aparılan zaman 25,870 qram marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamında Daşqın Axundzadənin yaşadığı evdən əlavə 4 kiloqram 575,165 qram heroin, 2 kiloqram 140 qram güclü təsiredici xassəyə malik metamfetamin, ümumi çəkisi 27 qram olan, satışı qadağan edilən psixotrop tərkibli 180 ədəd “Preqabalin” həbi və elektron tərəzi aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman külli miqdarda - 1 kiloqram 45 qram heroin aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Daşqın Axundzadənin və Fərhad Hüseynovun barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat