Zakir Həsənovdan tapşırıqlar: Hədəf nədir? - AKTUAL ŞƏRH
Turan
08:01 02.08.2021
Aktual
571
“Müdafiə naziri Zakir Həsənov müavinləri, ordu korpuslarının komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirib”.
“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib.
Analitik görüşdə diqqət çəkən məqamların olduğunu vurğulayıb:
“Müdafiə naziri Zakir Həsənov Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Bu o deməkdir ki, Kəlbəcərdə dövlət sərhədinin delimitasiyası başa çatmayıb və gələcəkdə proses ağrılı keçə bilər. Lakin elə məna yükləmək olmaz ki, genişmiqyaslı toqquşma ehtimnalı yüksəkdir, bununla belə ayıq-sayıqlıq şərtdir. Nazir Zakir Həsənov döyüş planlarının dəqiqləşdirilməsini tələb edib. Əslində hər hərbi hissənin özünün döyüş xəritəsi, planı olur. Görünür ki, bölmələrin dövlət sərhədinin Kəlbəcər istiqaməti ilə bağlı konkret döyüş planı yoxdur. Bununla belə, ordumuz orada da möhkəmdir və konkret döyüş planı olmadan da məqsədinə nail olur”.
A.Kərimov bəyan edib ki, döyüş planı dəqiqləşərsə, gələcəkdə baş verən təxribatlara qarşı daha optimal və konkret cavablar veriləcək və Ermənistanın əli-qolu tamamilə bağlanacaq:
“Zakir Həsənov qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsini də tapşırıb. Bu, o deməkdir ki, maksimum şəkildə istehkam işləri tez yekunlaşmalıdır və sərhəd qışa qədər möhkəmlənməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual
ABŞ Prezidenti: Müharibə bitən kimi yanacaq qiymətləri düşəcək
09:13 01.05.2026
Gündəm