10-çu sinif şagirdi özünü 9-çu mərtəbədən atdı

“...və mən ölmək istəyən bir qız üçün çox yaşadım”
Türkiyədə dəhşətli bir məktəbli faciəsi yaşanıb. Zonguldakın Ereğli qəsəbəsində liseyin 10-çu sinif şagirdi Melis K. (15), alış-veriş mərkəzinin 9-çu mərtəbəsinin pəncərəsindən özünü ataraq həyatına son verib. Sherg.az türk mediasına istinadən xəbər verir ki,  hadisə saat 16.00 radələrində Ereğli mərkəzindəki alış-veriş mərkəzində baş verib. Məktəbdən çıxdıqdan sonra ticarət mərkəzinə gedən Melis K., 9-çu mərtəbəyə çıxıb. Burada bir müddət gəzişən Melis K., hər kəsin gözü qarşısında pəncərədən özünü atıb. Binanın girişinə düşən Melis K., hadisə yerində həyatını itirib. Melis K.ın intiharına şahid olan yoldaşları böyük şok yaşayıb. Melis K.ın cəsədi polisin araşdırmasından sonra Ereğli dövlət xəstəxanasının meyitxanasına aparılıb. Mərkəz Anadolu Liseyinin 10-çu sinif şagirdi Melis K.ın ictimai media hesabındakı "və mən ölmək istəyən bir qız üçün çox yaşadım” paylaşması ortaya çıxıb. Prokurorluq hadisə ilə əlaqədar istintaqa başlayıb.