12 çarter reysi ilə 1743 Azərbaycan vətəndaşı ölkəyə gətirilib - RƏSMİ
12:27 19.03.2020
Arxiv
612
Koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə bir çox dövlətlər arasında gediş-gəliş müvəqqəti olaraq dayandırıldığından, Azərbaycan Milli aviadaşıyıcı - AZAL vətəndaşlarımızın ölkəyə qayıtmasını təmin etmək üçün müntəzəm çarter reyslərini həyata keçirməkdə davam edir.
Azərbaycan Hava Yolları (AZAL) bu günədək İstanbul, Ankara, Antalya, Moskva, Sankt-Peterburq, Roma və Budapeşt şəhərlərinə 12 çarter reysi həyata keçirərək, 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib.
Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq, vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində bütün zəruri tədbirlər görülməkdədir. Azərbaycan Hava Yollarının ekipaj üzvləri, aviakassa əməkdaşları daxil olmaqla, bütün heyəti gücləndirilmiş iş rejimində çalışmaqda davam edir.
Dünyanın əksər dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir daha təmkinli və anlayışlı olmağa çağırırıq. Bildiririk ki, ölkə daxilində COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması üçün xüsusi rejimdə tədbirlər həyata keçirilir. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçir, zərurət olduqda karantinə yerləşdirilir. Bu səbəbdən vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir.
Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir. Uçuşlar zamanı birinci növbədə Azərbaycana geri dönüş bileti olan vətəndaşlarımızın, yaşlı, azyaşlı uşağı olan və xəstəliyi ilə əlaqədar xaricdə olan şəxslərin qayıdışına üstünlük verilir.
Xaricdə olan digər vətəndaşlarımızdan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlik və konsulluqlarında qeydiyyatdan keçmələri və geri dönüşləri üçün müəyyən olunan qrafiklərə ciddi əməl etmələri, bütün dünyanın uçuş sistemində yaranan fövqəladə vəziyyətdə nizam-intizam və vətəndaş məsuliyyəti nümayiş etdirmələri, ajiotaj və təxribat hallarına yol verməmələri tələb olunur.
Bir daha bildiririk ki, vətəndaşlarımızın Azərbaycana qaytarılması üçün çarter reyslərinin davamlılığı təmin ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naxçıvanın inkişafı üçün 258 milyon manat ayrıldı
10:22 12.08.2026
Gündəm
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol