13 yaşında işə başladı, 14 yaşında alın təriylə milyoner oldu

Uşağın bu uğuru yalnız mediada deyil, ictimai mediada da böyük əks-səda doğurub
İngiltərədə 14 yaşlı Harvey Millington, gənc yaşına baxmayaraq yenilikçi bir fikirlə milyoner olub. Harvey, unutqan avtomobil sürücülərinin vergi cəzası almaması üçün vergilərini nə vaxt ödəmələri lazım olduğuna dair kağızdan çeklər hazırlayır. İşə başladığı ilk həftədə 400 ətrafında sifariş almağa başlayıb. Harvey keçən il minlərlə "xatırlatma çeki" satdı və əldə etdiyi pulla aldığı bir ərazi sayəsində 2 milyon sterlinqdən (təxminən 8.2 milyon TL) çox gəlir əldə etdi. Gənc milyonerin bu çekləri satmaq üçün keçən il, yəni 13 yaşında açdığı bir internet saytı var. Bu günə qədər satdığı çeklərdən 100 min sterlinq qazanan uşaq, qazandığı pulun 10 min sterlinqiylə işində istifadə edilməsi məqsədiylə bir avtomobil  və 40 min sterlinqinə təxminən 4 hektar ərazi alıb. Ancaq bu qiymətə aldığı əraziyə bir inşaat şirkəti müştəri çıxıb. Uşağın ərazisi iş adamının sahibi olduğu ərazilərin ortasında olunca, işadamı uşağa ərazisi üçün 2 milyon sterlinq təklif edib.
İngilis "The Sun"  qəzetinə danışan Millington, "Şirkətlə görüşməyə getməzdən əvvəl mənə nə qədər təklif edəcəklərini bilmirdim. Geri çevrilməsi çətin idi, çünki çox böyük bir məbləğ idi" deyib. Uşağın atası Howard Millington, oğuluna işinə başlaması üçün 2 min sterlinq sərmayə verib. İngilis "Daily Mail" qəzetinə oğulunun müvəffəqiyyəti haqqında açıqlama  verən ata "Ona həyatda müvəffəqiyyətli olmağı öyrətdim. Çox praqmatik bir uşaqdı və böyük bir iş adamıdı" deyə danışır. Atası uşağının iş həyatında müvəffəqiyyətli olacağını kiçik yaşda fərq edib. Bu zamana qədər dənəsi 4 sterlinqdən 20 min "vergi xatırlatma çeki" satıb. Uşağın bu müvəffəqiyyəti yalnız mediada deyil, ictimai mediada da böyük əks-səda doğurub.