İstanbulda 13 il əvvəl cinsi təcavüzə məruz qaldıqdan sonra boğularaq öldürülən, cəsədi yandırılaraq torbaya qoyulub zibil qutusuna atılan 13 yaşlı Nigar Kövsər Şahin cinayətində şok ifadə ortaya çıxıb.
"Sherg.az” Türkiyənin "Sabah” qəzetinə istinadən bildirir ki, cinayəti törətməkdə şübhəli sayılan E.Ş-nın anasının dostu olan M.K "evdə təlaşlı bir vəziyyət var idi. Qadının "torbaya qoyub, ataq” dediyini eşitdim. Evdə çox pis iyi vardı, meyit qoxusu kimi idi” – deyərək açıqlama verib.
Qeyd edək ki, İstanbulun Bəylikdüzü rayonunda 27 mart 2006-cı ildə Türkiyəni ayağa qaldıran bu cinayətlə bağlı polis araşdırmalar aparsa da, dəlillər tapa bilməyib. Ondan sonra cinayət üstü açılmamış cinayətlər sırasına daxil edilib. O zamanlar çoxlu sayda iddiaları araşdıran istintaq orqanları, dəqiq dəlillər tapa bilməyiblər. Sadəcə bir neçə şübhəli şəxslər olub ki, onlar dindirildikdən sonra, sübut olmadığına görə, sərbəst buraxılıblar.
Ancaq illər sonra M.K adlı şəxs qəsəbə saytlarının birinə açıqlama verib.
Bu açıqlamalarda Nigarın öldürülməsi cinayətinə işıq tutacaq ifadələr var. M.K deyib ki, həmin zaman şübhəli bilinənlərdən olan E.Ş-nin anası ilə dostluq münasibətləri olub:
"Həmin günlərdə anası məni evinə dəvət etdi. Mən getdim, evlərində ağır bir qoxu var idi. Oğlu da panikaya düşmüş, həyacanlı halda idi. Anası, "oğlum uşaqlarla dava edib” – deyə söhbəti dəyişdirdi. Bir müddətlik ana-bala, ikisi də yan otağa keçdilər, öz aralarında danışmağa başladılar. "Zənbilə qoyar, atarıq. Ya da içində kitablar olduğunu deyib, qapıçıya atdırarıq” kimi sözləri eşitdim. Bir saat onlarda qaldım, sonra qalxıb getdim”.
M.K sözlərinə belə davam edib: "Həmin illərdə bəzi vəzifəli şəxslərə bu haqda danışdım. Amma nədənsə üstünə düşülmədi. Nigarın vəhşicəsinə öldürülməsində şübhələndiyim bu insanların əlinin olmasına dair ciddi detallarım var. Araşdırma aparılıb, söylədiklərim diqqətə alınarsa, bu cinayətin üstü açılar, günahkarlar da cəzalandırılar”.
Bildiklərinin araşdırılmasını istəyən M.K deyib ki, bu hadisə illərdir onu narahat edir:
"Heç ağlımdan çıxmır o qızın qətli. Gecələri yata bilmirəm. Atdığım hər addımda, həmin gün yaşananlar, eşitdiyim söhbətlər məni narahat edir. O qızın qatilləri bəlkə də mənim bildiklərimin araşdırılmasından sonra tapıla bilər”.
Anar