13 yaşlı şagirdindən hamilə qalan müəllimə 30 il iş aldı

ABŞ-ın Texsas ştatında ötən  aprel ayında 13 yaşlı  şagirdiylə cinsi  əlaqə yaşadığını etiraf etdikdən sonra haqqında iş açılan Alexandria Vera, 30 il həbs cəzasına məhkum edilib. "Milliyet" xəbər verir ki, ingilis dili müəlliməsi 2015-ci ilin sentyabrdan  şagirdiylə birlikdə olduğunu qəbul etmişdi. Məhkəmə sənədlərində müəllimənin şagirdiylə hər gün əlaqəyə girdiyi və bunu gizlətmək  kimi bir səbəb də görmədikləri ifadə olunur. 13 yaşlı şagirdindən   hamilə qalan Vera, abort etdirdiyini də etiraf etmişdi.