“Biri də çıxıb demir ki, Eren, yaxşı ki, varsan”Müəllim bütün dərslərinə onun hekayəsi ilə başlayır
Trabzonun Maçka qəsəbəsində PKK terrorçularının ərzaq oğurladığını xəbər verən və girdikləri evi göstərərkən terrorçuların açdığı atəşlə şəhid edilən 15 yaşlı Eren Bülbülün yaddaşlara həkk olunan şəkillərini müəllim Ümid Can Karahasanoğlunun çəkdiyi ortaya çıxıb.
Maçka qəsəbəsində terror hücumunda şəhid olan Eren Bülbül, 3 il əvvəl Çamlıdüz yaylasında çobanlıq etdiyi zaman bölgəni ziyarətə gələn İstanbulun Həsən Şadoğlu adına orta məktəbin müəllimi Ümid Can Karahasanoğlu tərəfindən fotosu çəkilib.
Şəhid olmamışdan 2 ay əvvəl ictimai mediadakı hesabından yaydığı "Biri də çıxıb demir ki, Eren, yaxşı ki, varsan” paylaşmasıyla Türkiyəni hüznə boğan Eren Bülbülün şəkilini çəkən riyaziyyat müəllimi Karahasanoğlu, Erenin şəhid olduğu xəbəriylə çox kədərləndiyini söyləyib. 2014-cü ilin iyul ayında çəkilən fotonun hekayəsini və Eren ilə söhbətini danışan riyaziyyat müəllimi Karahasanoğlu,
"Fotoya marağım var. İstanbulda yaşayıram, amma Trabzon böyüklərimizin torpağıdır. Fotosessiya səfərim zamanı, Çamlıdüz yaylasında Eren ilə tanış oldum və onun fotosunu çəkmişdim. ""Eren ilə o zaman yarım saat söhbət etdik. Hətta söhbətdə də çox duyğulanmışdım. Çünki 13 qardaş bölgədə çətin şərtlər altında həyatlarını davam etdirməyə çalışırlar. Eren mənə qardaşları arasında heyvandarlıqla əsl maraqlanan özü olduğunu söyləmişdi. Fındıq bağçasında gündəlik muzdla çalışdıqdan sonra pul qazanmağın asan olduğundan bəhs etmişdi. "Abi, işləmək gözəldir. Çalışıb ehtiyaclarımı ödəyirəm. Kimsəyə möhtac olmuram” demişdi. Bu sözləri mənə çox təsir etdi. Bu hekayəni dərslərdə şagirdlərimlə də paylaşdım. Erenin hekayəsi şagirdlərimə də təsir etdi. Çünki onların İstanbulda həyat şərtləri daha yaxşıdı, Eren kimi deyildirlər. Həyatın çətinlikləriylə yaşayanları bilsinlər istədim. Hətta bu il də Erenin hekayəsiylə dərsə başlayacağam. Onun şəhid olması məni dərindən yaraladı. O unudulmasın istəyirəm" deyib.