17-ci mərtəbədən düşən qız qətlə yetirilib? - Yenilənib
17:29 17.07.2018
Arxiv
727
Bakıda bu gün səhər saatlarında 17-ci mərtəbədən özünü ataraq intihar etdiyi bildirilən gənc qızla bağlı yeni nüanslar meydana çıxıb.
"Sputnik” xəbər verir ki, müstəntiqlər hadisənin intihar olduğu barədə qənaətə gəlməyə tələsmirlər. Çünki 18 yaşlı Vəliyeva Nərgiz Rövşən qızı həmin binada yaşamırmış və hadisədən əvvəl mənzildə tək olmayıbmış.
İstintaq hazırda həmin gecə gənc qızla birlikdə olan şəxsi - gənc oğlanı axtarır. İstisna deyil ki, söhbət qətldən gedir. Belə ki, qızın balkondan aşağı atıldığı versiyası istisna olunmur. Çünki qonşular mənzildə dava-dalaş və qadın ağlaması səsi eşidiblər, ardınca tappıltı səsi gəlib və alt paltarında gənc qızın aşağı atıldığı məlum olub.
Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş.
"Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı", - deyə şahidlər bildiriblər.
Məlumata görə, həmin qadın özünü binanın 17-ci mərtəbəsindən atıb: "Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar".
"Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi", - deyə hadisəni video-lentə alan qonşular bildiriblər.
***
Yasamal Rayon Prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva özünü Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 24 B saylı binanın 17-ci mərtəbəsinin dəhlizindən ataraq intihar edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm