2 ildir burun axmasını dayandıra bilmirdi

Səbəbini öyrənib həyatının şokunu yaşadı
ABŞ-ın Nebraska əyalətində yaşayan Kendra Jackson, burnunun davamlı axmasından şikayətçi idi.
Elə ki, bu vəziyyət qadının həyatını kabusa çevirmiş, gündəlik həyatından gecə yuxusuzluğuna qədər təsir etməyə başlamışdı. Bir neçə dəfə həkimə gedən, ancaq testlərdə qəti nəticə ala bilməyən Jackson, "Həkimlər davamlı olaraq soyuqdəymə, ya da allergik reaksiyalar səbəbiylə burnumun axdığını söyləyirdi” deyib. Burun axmasının zamanla gedərək artdığını və sanki "şəlalə” kimi olduğunu ifadə edən Jackson, "Yata bilmirdim, zombi kimi olmuşdum” deyir. Jacksonun bu vəziyyəti 2013-cü ildə keçirdiyi bir yol qəzasından sonra başlamışdı. Buradan yola çıxaraq beyin cərrahiyəsi üzərinə işlər görən bir klinikaya gedən Jackson, axtardığı müalicəni burada tapdı. Jacksonun qəza sonrası beyin zədəsi keçirdiyini təyin edən həkim Christie Barnes, qadının o gündən bu yana beyin mayesinin burnundan axdığını təsbit etdi. Eşitdikləri qarşısında şok keçirən Jackson qısa müddət sonra əməliyyata alındı və beynindəki fəsadın aradan qaldırılması nəticəsində 5 illik kabusundan xilas oldu.
 Turan