200 - dən aşağı bal toplayan abituriyentlərin sayı niyə artır ? - İZAH
10:35 25.06.2018
Arxiv
881
"Son 5-6 ilə qədər qəbul imtahanlarında nadir hallarda 700 bal toplayanların olduğunu eşidirdik”.
Bu barədə "Sherg.az”a 2017-ci ildə keçirilən imtahanlarda cari ilin məzunlarının 44 faizinin 200 baldan az toplamasının səbəblərini izah edərkən filologiya üzrə fəlsəfə doktoru, tanınmış naşir, təhsil eksperti Rafiq İsmayılov bildirib.
O qeyd edib ki, ola bilər, yüksək nəticələr ilbəil artdıqca, qəbul imtahanları çətinləşdirilir:
"Yəqin ki, Dövlət İmtahan Mərkəzi (DİM) imtahanları mürəkkəbləşdirməklə ən yüksək nəticəni göstərənlərin sayını azaltmağa çalışır.
Çünki maksimal bal toplayan abituriyentlərin çox olması seçimlərin üst-üstə düşməsinə, çətinliyin yaranmasına səbəb olur.
Ona görə, məzunların aşağı nəticələrlə qəbul imtahanlarını başa vurmasını test tapşırıqlarının mürəkkəbləşdirilməsi ilə əlaqələndirirəm.
Bu il də qəbul imtahanlarında iştirak edənlər yeni sistem - kurikulum ilə imtahan vermirlər. Gələn ildən isə imtahan sistemi yenilənir. Kurikulum sisteminin, bu formada götürülən imtahanların necə effekt verəcəyini isə 2019-cu ildə müşahidə edəcəyik.
İstənilən halda, 200 baldan aşağı nəticə göstərən abituriyentlərin sayının artmasını vahid məntiqi səbəblə bağlamaq olmur. Burada müxtəlif amillər də təsir göstərə bilər.
Yaxşı oxuyan tələbələrin xarici ölkələrə üz tutması, imtahanların çətinliyi və s. ola bilər. Ona görə, detallı araşdırma aparıb, səbəbləri ortaya çıxararaq tədbirlər görmək lazımdır”.
Qeyd edək ki, Təhsil Nazirliyinin illik hesabatına görə, 2017-ci ildə keçirilən imtahanlarda cari ilin məzunlarının 44 faizi 200 baldan az toplayıb. Qəbul imtahanlarında son 5 ildə 200-dən çox bal toplayan abituriyentlərin göstəricilərinə nəzər saldıqda isə dinamikanın artıma doğru getdiyi müşahidə olunub. Bu rəqəm 2012-ci ildə 35, 2017-ci ildə isə 51 faiz olub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat