"Rusiya və ABŞ arasında planetin az qala bütün nöqtələrindəki mübarizə, NATO və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirdikləri planlar bütün kiçik ölkələrdən ağıllı siyasət tələb edir. 2018-ci il ərzində Azərbaycan istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə bundan əvvəlki illərin siyasətinin davamı olaraq bir sıra dividentlər əldə etdi. Dünyanın əsas siyasi mərkəzlərindən sayılan Avropa İttifaqı ilə Azərbaycanın, Moskva ilə Bakının münasibətlərinin kifayət qədər normallaşması, İsrail-Azərbaycan əlaqələrinin strateji xarakter daşıması, o cümlədən KTMT və Avrasiya İttifaqı ölkələri ilə Azərbaycanın dərinləşən münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bizə yazılacaq xallardır”.
"2018-ci ildə Azərbaycan siyasi, iqtisadi və hərbi sahədə dividentlər əldə etdi"
11:22 03.01.2019
Arxiv
829
"2018-ci ildə Azərbaycan siyasi, iqtisadi və hərbi sahədə daha da möhkəmkəmləndi”.
Bunu "Sherg.az”a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, dünyada regional və beynəlxalq aktorların və ayrı-ayrı güc mərkəzlərinin maraqlarının toqquşduğu bir vaxtda Cənubi Qafqazın bu proseslərdən uzaq olmasını düşünmək sadəlöhvlük olardı:
"Rusiya və ABŞ arasında planetin az qala bütün nöqtələrindəki mübarizə, NATO və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirdikləri planlar bütün kiçik ölkələrdən ağıllı siyasət tələb edir. 2018-ci il ərzində Azərbaycan istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə bundan əvvəlki illərin siyasətinin davamı olaraq bir sıra dividentlər əldə etdi. Dünyanın əsas siyasi mərkəzlərindən sayılan Avropa İttifaqı ilə Azərbaycanın, Moskva ilə Bakının münasibətlərinin kifayət qədər normallaşması, İsrail-Azərbaycan əlaqələrinin strateji xarakter daşıması, o cümlədən KTMT və Avrasiya İttifaqı ölkələri ilə Azərbaycanın dərinləşən münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bizə yazılacaq xallardır”.Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib, beynəlxalq mövqelərini daha da möhkəmlədib. Dövlət başçısı qeyd edib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub: "Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Mən bu il 16 xarici səfər etmişəm, ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərib. Beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm