2020-ci ildə ilk MDB Oyunları keçiriləcək





Tarixdə ilk MDB Oyunları 2020-ci ildə Kazan şəhərində keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Tatarıstanın İdman Nazirliyi elan edib.

Qeyd olunub ki, birinci MDB Oyunları gələn il avqustun 20-27-dək keçiriləcək.

Oyunlarda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna iştirak edəcək. Bundan başqa, digər ölkələrdən idmançıların dəvət ediləcəyi istisna olunmur.