Ərdoğanmı Kılıçdaroğlumu?
Yusif Nəzərli
04:36 02.05.2023
Siyasət
507
Ancaq müxalifət parlament seçkilərində böyük üstünlük əldə edə bilər
Türkiyədə dünyanın güc mərkəzlərinin diqqətində olan 14 may prezident və parlament seçkilərinə iki həftəlik zaman qalıb. Qardaş ölkədə keçiriləcək seçki Azərbaycanda da maraqla izlənilir. Ölkəmizdə əksəriyyət hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gələcəyini, müxalifətin şansının az olduğunu düşünür. Bu, adi vətəndaşların sosial şəbəkələrdəki yazışmalarında da görünür. Xarici ölkələrdə səsvermə prosesi aprelin 27-dən başlayıb. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları isə mayın 5, 6 və 7-də Bakı, Gəncə və Naxçıvan konsulluqlarında səs verə bilərlər. Məlumat üçün deyək ki, prezidentliyə iddiaçılardan biri indiki dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, "Cümhur İttifaqı" blokunun vahid namizədi Rəcəb Tayyib Ərdoğandır. 69 yaşı olan Ərdoğan partiyasını 2001-ci ildə yaradıb, 2003-cü ildən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub. Bir il sonra Ərdoğan yenidən prezident mandatı alaraq həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib. "Cümhur İttifaqı"nın əsas rəqibi müxalif cinahı təmsil edən "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kamal Kılıçdaroğludur. 74 yaşlı Kılıçdaroğlu prezidentliyə iddialıdır və ilk turda seçilmə şansının Ərdoğandan çox olduğu qənaətindədir. Ərdoğanın digər rəqibləri - Məmləkət Partiyasının sədri, 58 yaşlı Məhərrəm İncə və ATA İttifaqının namizədi, müstəqil siyasətçi Sinan Oğandır. Onun 55 yaşı var. İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur. Əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) vəsiqə alacaq. Parlament seçkisinə isə 26 partiyadan namizəd çıxarılıb. Onların 13-ü seçkiyə ayrılıqda gedir, 13 partiya ittifaqlarda bir araya gəlib. 600 nəfərlik parlamentə - Türkiyə Böyük Millət Məclisinə düşmək üçün ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmaq tələb olunur. "Millət İttifaqı" Türkiyəni əvvəki sistemə, parlamentli idarə üsuluna qaytarmaq istəyir.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticəsi Azərbaycan üçün xüsusi önəm kəsb edir. Partiya təmsilçisi hesab edir ki, Türkiyənin indiki hakimiyyətinin Azərbaycanla olan sıx əlaqələrinin və müttəfiqliyin davamiyyəti olduqca mühümdür: "Doğrudur, Türkiyə-Azərbaycan münasibətləri dövlət maraqlarına əsaslanır və köklü əlaqələrdir. Ancaq istənilən halda, məhz indiki dönəmdə Ərdoğanın hakimiyyətdə qalması Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. İstər Türkiyənin bir güclü dövlət kimi formalaşmasında və inkişafında, istərsə də Azərbaycanla əlaqələrin pik həddə çatmasında Ərdoğan hakimiyyətinin rolu əvəzsizdir. Görünən də odur ki, Türkiyədə seçicilərin əksər çoxluğu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir və onun hakimiyyətdə qalmasını istəyirlər. Digər namizədlərin daha çox maraqlı xarici güclər tərəfindən dəstəklənməsi açıq-aşkar nəzərə çarpır. Sirr deyil ki, Türkiyənin son dövrdə sistemli şəkildə və hərtərəfli inkişafı, hərbi sənayedəki uğurları Qərbi çox narahat edir. Məhz o səbəbdən Qərb Ərdoğanın qarşısında olan digər namizədlərdən birini hakimiyyətə gətirməklə öz maraqlarını həyata keçirmək istəyir. Kılıçdaroğlu hakimiyyətə gəldiyi təqdirdə Azərbaycan-Türkiyə əlaqələrinin hansı səviyyədə davam edəcəyi də sual altındadır. Ona görə Azərbaycan üçün sərfəli, Türkiyə üçün də faydalı olan cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsidir. Kılıçdaroğlunun prezident seçiləcəyi inandırıcı görünmür.
Ümumiyyətlə, müxalifətin prezident seçkisində qalib gələcəyini güman etmirəm. Ancaq müxalifət parlament seçkilərində böyük üstünlük əldə edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm