28 yaşlı gənc qətlə yetirildi
05:50 27.12.2016
Arxiv
403
Biləsuvarda qətl törədilib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Muğan adlanan Obalıq ərazisində əslən Yardımlı rayonunun Alar kəndindən olan 28 yaşlı Nabil İlham oğlu Rəhmanov sübh tezdən mal-qarasını otarmaq üçün evdən gedib. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabilin axtarışına başlayıblar. Nabilin meyiti qonşu ərazidəki çobanın həyətində aşkarlanıb.
Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanları cəlb edilib. N. Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Mərhumun atasının qənaətincə, oğlunu həmkəndliləri bıçaqlayaraq qətlə yetirib. Kənd sakinləri Fəqan Orucəliyevlə onun bacısı Dilarə Orucəliyeva şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə