İstanbulun Başakşehir rayonunda səhər saatlarında orta məktəbdə baş verən bıçaqlı hücum nəticəsində ağır yaralanan bir şagird vəfat edib.
APA xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin məlumat verib.
12:59
İstanbulun Başakşehir rayonunda məktəbdə baş verən bıçaqlı hücum nəticəsində 8 şagird yaralanıb.
“Anadolu” xəbər verir ki, hadisə oktyabrın 6-da Kayaşehir ərazisində yerləşən Şeyh Şamil İmam Hatip Orta məktəbində baş verib.
Məlumata görə, başqa məktəbdə təhsil alan 15 yaşlı qız şagird məktəbə gələrək digər şagirdlərə bıçaqla hücum edib. Hadisə zamanı 8 şagird yaralanıb və xəstəxanaya çatdırılıb.
Başakşehir rayonun rəhbəri Cemil Özgür Öneğinin açıqlamasına görə, yaralananların 7-si qız şagirdlərdir. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu isə 8 yaralının müalicəsinin davam etdiyini, onlardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğunu bildirib.
Hücumda şübhəli bilinən 15 yaşlı qız polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.