Həmsədrlər fərqində olmalıdır, düşmən ölkə münaqişəni sülh yolu ilə həll etmək istəmir
“3+2” formatı fiaskoya uğradı
20:49 09.12.2016
Arxiv
673
Ermənistan açıq formada müharibəyə hazırlaşır
Həmsədrlər fərqində olmalıdır, düşmən ölkə münaqişəni sülh yolu ilə həll etmək istəmir
Həmsədrlər fərqində olmalıdır, düşmən ölkə münaqişəni sülh yolu ilə həll etmək istəmir
Ötən gün Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası keçirilib. Toplantı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşüb. XİN-in mətbuat katibi Hikmət Hacıyevin məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.
Hacıyev bildirib ki, Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində
həmsədrlərin təklif etdiyi "3+2” formatında görüş baş tutmayıb. Görüşdən sonra ATƏT-in Minsk
Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatı səsləndirilib. Vasitəçilər bəyanatda
münaqişənin danışıqlar yolu ilə həllinə sadiq qaldıqlarını bildirirlər: "Biz aprel ayında qoşunların
təmas xəttində baş vermiş gərginliyi nəzərə alaraq, davam edən silahlı insidentlərdən narahatlığımızı
ifadə edir, güc tətbiqini və ya güc tətbiqi təhlükəsini qətiyyətlə pisləyirik”. Hamburq toplantısı və
Minsk Qrupunun bəyanatı ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Siyasi İnnovasiya və TexnologiyalarMərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib ki, münaqişə tərəflərinin XİN rəhbərlərini görüşdürmək üçün həmsədr dövlətlər ciddi şəkildə hazırlaşmışdılar. Yəni 5 dövlətin 4-ü görüşə razılıq vermişdi:
"Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da vurğulamışdı ki, rəsmi Bakı Ermənistanla istənilən formatda görüşə, müzakirəyə hazırdır. Ancaq Ermənistan tərəfi görüşə yanaşmadı. Əslində bunun məsuliyyəti erməni xarici işlər naziri Edvard Nalbandyanın boynunda deyil. Çünki Nalbandyan nəzərdə tutulan görüşə hazırlıq dövründə Ermənistan prezidentinə məlumat verib. Yaxın müddətdə Ermənistanda bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. Həmin görüşlərə razılıq verən Sarkisyan "2+3” formatındakı görüşün baş tutmasına mane oldu. Ona görə də bütün məsuliyyət birbaşa Ermənistan prezidentinin üzərindədir”.
Politoloq bildirib ki, Sarkisyan Hamburq görüşü zamanı Dağlıq Qarabağa gələrək qondarma rejimin nümayəndələri ilə toplantı keçirib: "Həmsədr dövlətlər və Azərbaycan sülh təşəbbüsü irəli sürür, amma Sarkisyan Dağlıq Qarabağda təxribatçı əməllərlə məşğul olur. Əminəm ki, Azərbaycan Ordusu aprel savaşından daha ləyaqətli şəkildə düşmənə cavab verəcək. Ermənistan açıq formada müharibəyə hazırlaşır. Düşmən ölkə münaqişəni sülh yolu ilə həll etmək istəmir. Həmsədrlər bunun fərqində olmalıdır”.
M.Əhmədoğlu vurğulayıb ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun irəli sürdüyü təklif
çox yüksək səviyyədə dəyərləndirilməlidir. Bu, Ermənistana danışıqlar dövründə vurulmuş ən ağır
zərbədir: "Hesab edirəm ki, 1994-cü ildən bu yana Ermənistana belə zərbə vurulmamışdı. Elmar
Məmmədyarovun təklifi ermənilərin bugünə qədər əsas götürdükləri bütün təklifləri
neytrallaşdırmaq gücündədir. Ermənilər deyirdilər ki, Vyana və Sankt-Peterburq görüşlərində əldə
olunmuş razılaşmalar yerinə yetirilmədiyi müddətcə hər hansı görüşə razılıq verilməyəcək. Əldə
edilmiş razılaşmalar deyəndə təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin yaradılması
nəzərdə tutulur. Ancaq fikrimcə, ən vacib addımı Elmar Məmmədyarov atdı. XİN rəhbəri təklif etdi
ki, Kasprşikin missiyasının genişləndirilməsi torpaqlarımızın mərhələli şəkildə işğaldan azad
olunması ilə sinxronlaşdırılsın. Yəni bu iki məsələ biri-birinə paralel aparılsın. Bu, Azərbaycanın
xeyrinədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə