350 adam buz içində diriləcəyi günü gözləyirlər - Fotolar

14 yaşlı xərçəng xəstəsi olan bir qız da öləndən sonra dondurulub
Məhkəmənin qərardan sonra bir qohumuyla danışan JS..., "Ölürəm, amma 200 il içərisində geri dönəcəyəm. Daha uzun yaşamaq istəyirəm. Gələcəkdə xərçəng xəstəliyinə əlac tapacaqlar və məni oyandıracaqlar." deyə bildirir
İngiltərədə 14 yaşlı xərçəng xəstəsi bir qız, ölümündən sonra dondurularaq saxlanma haqqı qazanıb. "Milliyet" xəbər verir ki, ABŞ-da aparılan əməliyyatla ölülər, buz dolu bir konteynerin içərisində dondurularaq yüz illərlə saxlana bilir.
Xəstəliyi irəlilədiyi üçün prosesə qatıla bilməyən JS, məhkəməyə yazdığı məktubda belə deyir:
-Ölmək istəmirəm, amma öləcəyimi bilirəm... Daha uzun yaşamaq istəyirəm... Bu şansa sahib olmaq istəyirəm... 
JS-in 17 oktyabrdakı ölümündən qısa bir müddət əvvəl iddiaya baxan hakim, bunun xüsusi bir prosses  olduğunu ifadə edərək işlə əlaqədar imtiyazlı bir bəli qərar verildiyini açıqlayıb. Bu qərardan sonra həyatını itirən JS-in bədəni dondurularaq, ABŞ-dakı mərkəzə göndərilib. JS, ölü mərkəzində  dondurulmuş insanlar arasındakı ilk ingilis uşaq olub. Qərardan sonra  bir qohumuyla danışan JS-in, "Ölürəm, amma 200 il içərisində geri dönəcəyəm. Daha uzun yaşamaq istəyirəm. Gələcəkdə xərçəng xəstəliyinə  əlac tapacaqlar və məni oyandıracaqlar." dediyi ifadə edilib. 
Dondurulma əməliyyatı 1970-ci ilərdən bu yana tətbiq olunur və dünyada təxminən 350 adamın ölümündən sonra dondurularaq saxlandığı təxmin edilir. Yalnız ABŞ və Rusiyada reallaşdırılan əməliyyat, təxminən 45 min avroya başa gəlir. Ürəyin dayanmasından 1-2 dəqiqə sonra başlayan dondurulma əməliyyatında bədəndəki qan, bir növ antifirizlə dəyişdirilir. Bədən daha sonra -196 dərəcədə likit nitrojen ehtiva edən balon şəklində bir konteynerin içərisində mühafizə edilir. 
Fotoqraf  Murray Ballard özünü donduran insanları belə göstərmişdi. 
Budur ölümə meydan oxuyub bədənini donduranların macərası...
Dünyada yüzlərlə cansız bədən, içi maye nitrojen dolu böyük metal silindrlər içərisində, mənfi 196 dərəcədə, tibbin inkişaf etdiyi dönəmdə  onların  yenidən dirildəcəyi günü gözləyir. Ölü bədən əvvəl buz qəlibləriylə soyudulur və sinə qəfəsi açılaraq bədəndəki qan damarlardan çəkilir. Yerinə mənfi 50 dərəcədə gliserol enjekte edilir. Bədənə yayılımı təmin edilən solüsyon bədən istiliyinin də mənfi 50 dərəcəyə düşməsini təmin edir. Hüceyrə ətrafındakı yağların soyuducuda qalmış bir neçə günlük yağlar kimi büzülməməsi üçün də xəstə içi maye nitrojen dolu böyük metal silindrlər içərisində, mənfi 196 dərəcədə qorunur. Bütün əməliyyat dondurulan cəsədin buzların içinə yatırtmaqla olmur. Çünki insan bədəni, tədbir alınmadan dondurulsa buz kristalları hüceyrələrin ətrafını yeyir və su itkisinə səbəb olur. Hüceyrə pərdəsi cırılır və hüceyrə parçalanır. Buna maneə törətmək üçün gliserol kimi donmayan kimyəvi maddələrdən istifadə edilir.
Lüğəti mənası, insanların bilinməyən bir gələcəkdə həyata qayıtması üçün dondurulması olan cryonics termini, ilk olaraq 1965-ci ildə istifadə edilib. Ancaq ilk dəfə Neil R. Jones 30-cu illərdə  yazdığı bir romanda insanların dondurulmasından danışırdı. Məşhur fizik Robert C. W. Ettinger də 1964-cü ildə nümayiş olunan "Mənfilik Ehtimalı" adlı kitabında insanların gələcək illərdə canlandırılması üçün  dondurulması fikirinin ağlabatan olduğunu irəli sürürdü. Dünyada dondurulan ilk adam 73 yaşlı ağciyər xərçəngindən ölən Amerikalı psixoloq Ceyms Bedford idi. 1967-ci ildən bəri buzlar içində dirildiləcəyi günü gözləyir. Bəziləri hesab edir ki, bütün bunlar insanları aldatmaq, pullarını almaq, ümid tacirliyindən başqa bir şey deyil.
Ancaq aparılan bir təcrübə heç də belə  demir. Dr. Paul Segalın 1992-ci ildə American Cryonics Societyin sponsorluğu ilə  Kaliforniya Universitesində tətbiq etdiyi bu məşhur təcrübədən danışırıq. Dr. Segal beagle cinsli sevimli iti Milesi dondurub təkrar diriltməyi bacarmış və bu təcrübə dondurulmağa inanan insanlar üçün o gündən bəri böyük bir isbat olaraq sayılır. Miles qanı çəkildikdən sonra dondurularaq öldürülmüş, 70 dəqiqəlik kliniki ölümün ardından qanı təkrar damarlarına enjekte edilərək otaq istiliyinə geri gətirilmişdi. Üç il yarım yaşı olan  it həyata geri döndüyündə bütün xarakteristika xüsusiyyətlərini olduğu kimi daşıyırdı, vərdişləri və xasiyyətləri dəyişməmişdi. Bu, dondurulan insanların bir gün yenidən canlandırıldığında yaddaşlarının yerində olacağına isbat olaraq göstərilir.