5 yaşlı Zeynəbin quduzluqdan ölməsi ilə bağlı YEKUN RƏY: həkimlər cəzalandırıldı
15:28 22.08.2017
Arxiv
364
Sumqayıtda 5 yaşlı qızın ölümüylə nəticələnən quduzluq hadisəsi ilə bağlı Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarı açıqlanıb.
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, quduzluq xəstəliyi hadisəsi yaradılan müvafiq komissiya tərəfindən araşdırılıb və qərarlar qəbul edilib:
"Sumqayıtda baş vermiş quduzluq xəstəliyindən ölüm hadisəsinin araşdırılması nəticəsində əldə olunan məlumata əsasən, xəstə 11 sentyabr 2012-ci il təvəllüdlü Mikayılzadə Zeynəb Elçin qızı xəstəxananın zədə məntəqəsinə 31 iyul saat 16:30-da valideynləri tərəfindən gətirilib. Daxil olarkən şikayətləri baş və üz nahiyəsindəki qanaxma və ağrıdan olub. Valideynlərinin deməsinə görə, uşağı təxminən yarım saat əvvəl naməlum iş dişləyib. Uşağa zədə məntəqəsində anterabin vaksin və tetanus əleyhinə anataksin vurulub, uşaq travmatoloji şöbəsinə qəbul edilib. Daxil olarkən diaqnoz başın üzün dişlənmiş yaraları olub, ilkin yardım göstərilib. Müvafiq müalicə olunub, yaralar işlənilib, ağrıkəsicilər, simptomatik vasitələr vurulub, zəruri vaksinasiya aparılıb, laborator analizlər götürülüb. Sonrakı 4 gündə uşağın vəziyyətinin yaxşılaşması müşahidə olunub. 1-2 avqust tarixlərində uşağa şöbə müdiri ilə birgə baxış keçirilib və təyinat verilib. 3 avqust tarixində uşağa ikinci dəfə anterabin zərdab vurulub. 4 avqust tarixində uşağın vəziyyətinin kafi olduğu qeyd edilib, yaralarında qranulyasiya getməsi göstərilib. Valideynlərinin təkidi ilə uşaq evə yazılıb. Poliklinikanın travmatoloqu, pediatrının müalicəsi tövsiyə edilib. Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən zərdabın vurulması üçün Bakı Klinik Tibbi Mərkəzə göndəriş verilib və orada vaksinasiya edilib. 14 avqust tarixində valideynlər uşağın narahatlığı və bədən hərarətinin bir neçə gün ərzində yüksəlməsi ilə əlaqədar Sumqayıt uşaq travmatoloji şöbəsinə müraciət ediblər. Həkim infeksionistlə birgə konsultasiya aparılıb. Bakı şəhər 1 nömrəli yoluxucu xəstəxanasının baş həkimi ilə razılaşmaya əsasən uşaq oraya hospitalizasiya olunub. 17 avqust tarixində həmin xəstəxanada quduzluq xəstəliyindən dünyasını dəyişib. Bu hadisə ilə əlaqədar Sumqayıt şəhər tibbi şurasında geniş müzakirə aparılıb. 18 avqust tarixində Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavinləri və şəhərin digər təşkilatlarının iştirakı ilə bu hadisənin geniş müzakirəsi keçirilib və şəhərdəki sahibsiz itlərin zərərsizləşdirilməsi barədə qərar qəbul edilib".
Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarına əsasən, xəstə uşağın valideynlərinin şifahi xahişi əsasında vaxtından əvvəl xəstəxanadan evə yazılmasına və bu barədə ərazi 1 nömrəli uşaq poliklinikasına xəstə uşaq üzərində nəzarət olunması üçün bildiriş verilmədiyinə görə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının uşaq travmatologiya şöbəsinin həkim ordinatoru Mahal Məmmədova sonuncu xəbərdarlıqla şiddətli töhmət, şöbə müdiri Məharət Xasayevə isə töhmət verilib. Bundan əlavə qərar alınıb ki, kütləvi informasiya vasitələrində quduzluq xəstəliyi barədə maarifləndirilməsi üçün həkimlərin çıxışları təşkil edilsin, şəhərdə sahibsiz itlərin çoxluq təşkil etməsi və onların əhali üçün təhlükə törətməsi ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti və şəhərin digər müvafiq təşkilatları qarşısında məsələ qaldırılsın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol