50 ildir boynunda gəzdirirdi - FOTOLAR

Həkimlər belə şok oldu
Türkiyənin Samsun şəhərində yaşayan 82 yaşlı Yaşar Canın peysərindən təxminən 4 kiloqram ağırlığında kütlə alındı. Əməliyyatın ardından Can, "50 illik birliyimizi sonlandırdıq" deyərək zarafat edib.
Yaşar Canın, 30 yaşlarda olarkən yeni çıxmağa başlayan kütlə, sürətlə böyüyərək təxminən 4 kiloya çatıb. Həkimə getməyən Can, kütləni 50 il bədənində daşıyıb. Həmin yerin üzərində yara çıxınca narahatlıq verdiyi üçün xəstəxanaya müraciət edib. Tədqiqlərin ardından Ümumi Cərrahı Mütəxəssisi Op. Dr. Salih Zeki Pişkin, mayenin alınması lazım olduğunu bildirib. 3580 qram ağırlığında, 23 santimetr diametrindəki kütlə, 2 saat davam edən müvəffəqiyyətli bir əməliyyatla alınıb. Kütlə, patologiyaya göndərilərkən əməliyyatla əlaqədar şərh edən Ümumi Cərrahı Mütəxəssisi Op.Dr. Salih Zeki Pişkin, xəstənin ümumi vəziyyətinin yaxşı olduğunu ifadə edərək, "İllərcə laqeydlik edilmiş, illərcə boyunda gərəksiz yerə daşınmış, heç bir zamanda şikayət edilməmiş bir hadisə qarşısında bizdə çaşdıq. Üzərində yara meydana gəlməsə, yenə də xəstəxanaya gəlinməyəcəkdi. Xəstəmiz bunu dərd etməmiş, çünki ürək və parkinson kimi başqa problemlərlə məşğul olmaq vəziyyətində qalıb. Əməliyyatla ağırlıqdan xilas oldu" deyib.
İllərdir boynunda daşıdığı kütlədən xilas olan Yaşar Can isə "Sanki yüngülləşdim. Üzərində yara çıxana qədər məni narahat etmirdi. 50 ildən çox mənimlə bərabər idi, artıq ayrıyıq. 50 illik birliyimizi sonlandırdıq" deyib.