5000-ə yaxın müəllimin əməkhaqqı artacaq - RƏSMİ
08:13 24.08.2017
Arxiv
639
"Bu il müsabiqə yolu ilə müəllimlik adını qazanan namizədlərin maaşları artımla veriləcək”.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a açıqlamasında deyib.
E. Bağırov deyib ki, bu təklif Təhsil Nazirliyi tərəfindən verilib: "Məlumdur ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq respublika müəllimlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi keçirilir. Dövlət başçısının 2015-ci il 16 yanvar tarixli müvafiq sərəncamı ilə də dövlət ümumtəhsil müəssisələrində çalışan və diaqnostikadan keçən müəllimlərin əməkhaqqısı artırılıb. Bundan sonra qiymətləndirilmədən keçməyən rayonlarda işləyən müəllimlər də qiymətləndirməyə cəlb edilib və cari ildə ölkədə çalışan bütün müəllimlər qiymətləndirilmədən keçib. Hər il tədris ilinin sonunda Nazirlik tərəfindən müəllimlərin mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə işə qəbulu təşkil edilir. Müsabiqədən keçərək müəllimlik adını qazanmış həmin namizədlərin də əməkhaqqısının yeni standartlarla ödənilməsi məqsədi ilə Təhsil Nazirliyi təklif irəli sürmüşdü, təklif də nəzərə alınaraq yeni sərəncam layihəsi hazırlanıb və Prezident İlham Əliyev tərəfindən dünən imzalanıb. Sərəncama əsasən, bu il müsabiqə yolu ilə qəbul edilmiş 5000-ə yaxın müəllimin 2018-ci ilin yanvar ayından əməkhaqları yeni qaydalara əsasən artımla ödəniləcək. Onların əməkhaqlarında orta hesabla 30-40 faiz artım müşahidə olunacaq”.
E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi eyni olduğundan bu təklifi irəli sürüblər: "Diaqnostik qiymətləndirmədə test imtahanlarının və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin məzmunu demək olar ki, eynidir. Ciddi fərqlənmir. Sərəncamdan irəli gələn məsələ odur ki, bu il işə qəbul edilən müəllimlərlə diaqnostikadan keçmiş müəllimlər bərabər tutulsun və həmin müəllimlərin əməkhaqqısı artımla ödənilsin”.
Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmə ləğv edilmir: "Bu, diaqnostik qiymətləndirmənin ləğvi kimi anlaşılmır. Qiymətləndirmədən keçməyən müəllimlər var. Əvvəlki illərdə keçirilən qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak etməyənlər üçün də yeni tədris ili ərzində diaqnostika keçiriləcək. Həmin müəllimlərin də sayı respublika üzrə ümumi müəllim sayının 2-3 faizini təşkil edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol