59 HDP-çinin mandatı əlindən alınacaq

Arzu Nağıyev: “Türkiyənin apardığı siyasət heç də kürdlərə qarşı deyil, terrorçu PKK və PYD￾yə qarşıdır”



Türkiyədə PKK-nın dəstəkçisi kimi tanınan Xalqların Demokratik Partiyasını təmsil edən millət
vəkillərinin həbsi digər mühüm məsələləri də gündəmə gətirib. Belə ki, HDP-nin parlamentin
iclaslarında iştirak etməmək qərarından sonra partiyanın digər üzvlərinin mandatının ləğv
edilməsi məsələsi müzakirə olunmağa başlanılıb.

Ölkə konstitusiyasına, parlamentin daxili nizamnaməsinə əsasən bir millət vəkilinin üzrsüz və ya icazəsiz olaraq 5 iclası buraxması onun mandatının ləğv olunmasına kifayət edir. Xatırladaq ki, nizamnamənin bu maddəsi indiyə qədər tətbiq olunmayıb. Əgər hakim AKP sözügedən maddəyə müraciət edərsə, 59 kürd vəkilin  mandatı əlindən alına bilər. Belə halda yeni seçkilərin geçirilməsi zəruri olar.

Terrorçulara dəstək verən Dəmirələ 23 il həbs cəzası...


HDP-nin daha bir vəkili, Diyarbəkirdən olan deputat Çağlar Dəmirələ cinayət işi açılıb. Dəmirəl
terrorçulara qarşı keçirilən əməliyyatlarda küçəyə çıxmaq qadağasına məhəl qoymadan meydana
gələrək PKK-nın təbliğatını aparıb. O, çıxışında öldürülən terrorçulara "şəhid” deyərək, onlara
qarşı aparılan əməliyyatların qətliam olduğunu iddia edib. Bununla yanaşı, Dəmirəl PKK-nın
türk əsgərlərinə qarşı həyata keçirdiyi hücumları, törətdikləri partlayışları dəstəkləyib və bunu
kürd xalqının "azadlıq mübarizəsi” kimi dəyərləndirib.
"Türkiyədə fəaliyyət  göstərən terrorçulara ən böyük dəstəyi Almaniya verir” 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu PKK məsələsində Almaniyanın haqsız
olduğunu və qərəzli mövqe sərgilədiyini deyib. Nazirin sözlərinə görə, bu ölkə davamlı olaraq
anti-Türkiyə mövqeyində olanları qəbul edir: "Biz onlardan terrorçu PKK qruplaşmasının
Almaniyadakı 4 min üzvünü istədik. Onlar birini də vermədi. Amma PKK Almaniyanın hər
şəhərində Türkiyədə terrorçu fəaliyyətlə məşğul olanlar üçün pul toplayır. Almaniya bütün terror
qruplaşmalarına qucaq açır”. Çavuşoğlu mövcud problemin həlli üçün ikitərəfli diplomatik
danışıqlar yolunu göstərib. Nazir Almaniyanın FETÖ-yə dəstək verməsinə də etiraz edib:
"FETÖ-çülərin hansı səbəbdən Almaniyaya getməsi bizə sirr deyil. Bu ölkə Türkiyəyə düşmən
olan bütün terrorçu təşkilatlara xoş münasibət göstərir. Bu, yolverilməzdir”.

Dövlət Baxçalı Kılıçdaroğlunu tənqid etdiMilliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı terrora dəstək verən HDP-lilərin həbs  olunmasına qarşı çıxan CHP sədri Kamal Kılıçdaroğlunu sərt şəkildə tənqid edib. Sədr deyib ki, cümhuriyyəti qurmaqla qürurlanan CHP-nin terrorçuların yanında olması tariximizə qara ləkəolaraq keçib: 

"Terrora dəstək verənlərin Avropadan çıxması artıq bizi təəccübləndirmir. Ancaq
bizim milli partiyalarımızın onlara qatılmasına heç bir halda bəraət qazandırıla bilməz. Bu
xəyanətdir. Həmin vəkilləri seçən seçicilərə təhqirdir. Cinayət törədən hər kəs qanun qarşısında
cavab verməlidir. Bu cəzalandırmada Kandilin yox, Türkiyə Cümhuriyyətinin hüququ rol
oynayır. Terror maşalarının boykot qərarı da əhəmiyyətsizdir. CHP-nin bunu bir matəm elan
etməsi milli vicdanımıza ziddir”.

"Türkiyənin apardığı siyasət kürdlərə qarşı deyil”

Politoloq Arzu Nağıyev deyib ki, HDP-nin bir partiya olaraq parlament səviyyəsinə qaldırılması
demokratiyanın təzahürü kimi qələmə verilsə də, bu, bir siyasi səhvdir: 

"HDP-nin PKK ilə birbaşa əlaqəsi var. Son hadisələr göstərdi ki, təşkilat müxtəlif dövlətlərdən alınan yardımlar hesabına Türkiyəyə qarşı gələcəkdə törədiləcək partlayışlar üçün indidən mühüm zəmin
hazırlayır. PKK Türkiyə daxilində öz məqsədləri üçün HDP-dən çox məharətlə istifadə edir.
Türkiyənin apardığı siyasət heç də kürdlərə qarşı deyil, terrorçu PKK və PYD-yə qarşıdır.
Burada Qərbin böyük qolları istifadə olunur. Diyarbəkirdə məhz polis idarəsinin qarşısındakı
partlayışın PKK tərəfindən törədildiyi deyilsə də, İŞİD-in teraktı dolayı olaraq üzərinə götürməsi
ona dəlalət edir ki, PKK ilə İŞİD arasında da müəyyən əlaqələr var. Bunlar eyni mərkəzdən idarə
olunur”. Politoloq baş verən bütün bu proseslərin Türkiyə dövlətçiliyinə qarşı yönəldiyini
bildirib: "Məqsəd Türkiyənin sərhədləri yaxınlığında yeni bir dövlətin yaradılması olsa da,
planda hətta Türkiyənin ərazisinin bir hissəsinin ələ keçirilməsi də yer alır”
 
İsmayıl