6 aylıq körpəsini balkondan atdı: Anasını da bıçaqladı

Ankarada psixoloji problemi olan Özlem T., anasını bıçaqladıqdan sonra 6 aylıq qız körpəsini ikinci mərtəbədən - balkondan atıb. Beton səkiyə çırpılaraq ağır yaralanan körpə və nənəsi xəstəxanaya çatdırılıb. Hadisə axşam saatlarında baş verib. 
Məlumata görə, psixoloji problemləri olduğu və bu səbəbdən müalicə alan Ö. T. adlı qadın, bir anda sinir böhranı keçirib və 6 aylıq körpəsini qucağına alaraq balkona çıxıb. Ö.T.ı sakitləşdirmək üçün anası gəlib. Sinirinə hakim ola bilməyən Ö. T., əlinə keçirdiyi bıçaqla anasını kürəyindən bıçaqlayıb. Anasını balkona kilidlədikdən sonra 6 aylıq körpəsi ilə digər balkona keçib. Qanlar içində qalan ana qonşulardan kömək istəyib. Ananın qışqırıqlarını eşidən qonşular vəziyyəti dərhal əlaqədar yerlərə çatdırıb.
Qısa müddətdə hadisə yerinə gələn polis qrupları qadının qucağındakı körpəni aşağı atacağını fərq edincə vəziyyəti xilasetmə qruplarına bildirdi.
Xilasetmə əməkdaşlarını görən qadın, bir müddət gülərək aşağı baxdı. Qruplar dərhal mətbəx balkonunda yaralı olan ananı oradan götürmək üçün hərəkətə keçdi və nərdivanın köməyiylə balkona çatdı. Qrupların balkona çıxdığını görən Ö. T., qucağındakı 6 aylıq körpəni bir anda 2-ci mərtəbədən aşağı atdı. Beton üzərinə düşən körpə ağır yaralandı. Əlində bıçaqla gəzişən Ö. T. isə qapını qıraraq içəri girən polis qrupları tərəfindən təsirsiz hala gətirildi. 6 aylıq körpə və nənəsi hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılıb. Körpənin həyatının təhlükə altında olduğu bildirilir.
Hadisənin yaşandığı küçədən keçən xarici vətəndaş olan bir qadın Ö.T-in körpəni atdığı anı görüb, şok keçirib və bir anda yerə yıxılıb. Qadını sakitləşdirən məhəllə sakinləri, onu xəstəxanaya göndəriblər. Qadının vəziyyətinin yaxşı olduğu öyrənildi.
6 aylıq körpəni balkondan aşağı atan qadın göz altına alınıb, polisin hadisə ilə əlaqədar işləri davam edir.