78 yaşlı süpürgəçinin ölümü ilə bağlı sabiq məmur dindiriləcək





78 yaşlı süpürgəçini ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən Əflatun Cəfərov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Ə. Cəfərov özünü təqsirli bilib.

Əflatun Cəfərov ifadəsində imkansızlıqdan avtobus sürücülüyü etdiyini deyib: Həmin gün sürücü kimi xəttə çıxmadım. Tanışım Əmir xahiş elədi ki, ona kömək edim. Xəstələnmişdi. Həkimə gedəcəyi üçün avtobusu mənim sürməyimi istədi. Razılaşdım, o da həkimə getdi”.

Ə.Cəfərov sürücülük vəsiqəsi olsa da onun avtobus idarə etmək üçün müvafiq kateqoriyası olmayıb.
Ə.Cəfər hadisə baş verən gün haqda danışıb: 

"Səhər saat 7 olardı. Hava alaqaranlı idi. 40 sürətlə gedirdim. Heç yolu keçən şəxsi görmürdüm. Qarşıdan gələn maşın işıqları yandırıb söndürdü. Onda baxdım. Sola çəksəm də gec idi. Maşının sağ tərəfi ona dəydi. Düşüb maşına qoyub xəstəxanaya çatdırdıq".

Məhkəmədə mərhumun oğlu, hüquqi varis kimi tanınan Mehman Yadigarov da iştirak edib. O, atasının Sabunu rayon Mənzil Kommunal Təsərrüfar Birliyində süpürgəçi işlədiyini deyib.

Hüquqi varis bununla razılaşmayıb: ""Yalandır. Çünki onlar başından atmaq istəyirdilər. Özüm gedib idarəyə məlumat verdim ki, atam ölüb. Təsəvvür edin ki, 3 gün keçmişdi, amma xəbərləri yox idi. Birinci dedilər ki, işləmir. Mən mühasibatlıqdan soruşdum. Dedilər ki, işləyir. Atamın orda işləməsini başdan eləmək istəyirdilər".

Məlum olub ki, mərhum yol qəzasında vəfat etdiyi gün onu işdən azad ediblərmiş.

Məhkəmədə o da məlum olub ki, Ə.Cəfərovun idarə etdiyi avtobus 148 saylı marşurut xəttinə aiddir və bu marşurut xəttinin sahibi isə Zabrat qəsəbəsinin sabiq bələdiyyə sədri Adil Hənifəyevdir. Məhkəmə Ə.Cəfərovu sürücü kimi işə götürən məsul şəxsin və marşurut xəttinin sahibinin də dindirilməsi qərarına gəlib.

Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.