ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirir
12:10 26.09.2017
Arxiv
548
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub.
Bildirilir ki, bu ilin fevralında M. Meredis Azərbaycan hökuməti tərəfindən diplomatların Cocuq Mərcanlıya təşkil olunmuş səfərinə qatılıb: "USAİD nümayəndəsi orada məcburi köçkünlərin vəziyyəti ilə tanış olub və beynəlxalq ictimaiyyətin aparılan bərpa işlərinə yardım etmək imkanlarını öyrənib. USAİD-ın tövsiyəsi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsinin icrasının koordinasiyasını həyata keçirən Şərq Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadi bərpaya olan ehtiyacları müəyyənləşdirib. İyunun 29-da EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək ABŞ hökumətinin yerli icmaya sosial və iqtisadi baxımdan yardım imkanlarını qiymətləndiriblər. Qiymətləndirmə və Cocuq Mərcanlının icra və icma nümayəndəlikləri keçirilən ilə bir neçə görüşlərdən sonra kənd sakinləri təşkilatdan iki otaqdan ibarət yem emalı məntəqəsinin inşasında yardım olunmasında xahiş ediblər. Məntəqənin fəaliyyəti icmada heyvandarlığın və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Hazırda icma tərəfindən seçilən və təlim almış könüllülərdən ibarət İcma İnkişafı Şurası sözügedən layihənin reallaşdırılması, həm də oxşar layihələrin gələcəkdə həyata keçirilməsi üçün səfərbər olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya