ABŞ-da daha bir silahlı insident: yaralılar var




ABŞ-ın Los-Anceles şəhərində baş vermiş silahlı insidentdə 5 nəfər yaralanıb.

ONA-nın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "ABC” telekanalı məlumat yayıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralılardan birinin vəziyyəti daha ağırdır.

Hadisənin təfərrüatları barədə hələlik bir məlumat verilməyib.