ABŞ-da həbsxanada qiyam: 7 ölü, 17 yaralı






Amerikanın Cənubi Karolina ştatındakı "Lee Correctional Institution" həbsxanasında qiyama  başlayan dustaqlardan 7-i ölüb 17-isə xəsarət alıb.  

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə ştatın pentensiar xidmətindən bildirilib.  

Məlumata görə, xəsarət alanlar həbsxanadan kənardakı tibb məntəqlərində müayinə olunurlar. 

Qeyd edək ki, insidentin dustaqlar arasında  baş verdiyi vurğulanır və bildirilir ki, burada həbsxana gözətçiləri və ya asayış qüvvələrinin heç bir "əli" yoxdur.

Tərcümə etdi: Ayyət Əhməd